Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
28 May Azərbaycan tarixinin şanlı səhifəsidir
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında bir tarixi hadisə idi. İlk dəfə olaraq Şərqdə, müsəlman aləmində demokratik respublika yaranmışdır. Azərbaycan xalqı üçün isə bu, xüsusi əhəmiyyətli hadisə idi. Azərbaycan xalqı öz müstəqil dövlətini yaratmışdır. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı, nəhayət, öz müstəqil dövlətinə sahib olmuşdur.
XIX əsrin ortalarından başlanan mürəkkəb ictimai-siyasi proseslər Azərbaycan cəmiyyətində də əsaslı dəyişikliklərə səbəb olmuş, 1918-ci ilin mayında Şərqdə ilk demokratik təsisat olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi ilə nəticələnmişdir. Bu demokratik dövlətin yaranması yalnız Azərbaycana yox, eyni zamanda, bütün Şərqə böyük təsir göstərmişdir. AXC zaman baxımından qısa dövr yaşasa da, onun həyata keçirdiyi tədbirlər tarixi əhəmiyyətini itirmədi.
Məlum olduğu kimi, ilk respublikanın ömrü uzun olmamış və 23 aydan sonra AXC süqut etmişdir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri olmuşdur. Bu hadisə bir də onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asan məsələdir. Biz bunun XX əsrdə ikinci dəfə 1990-cı illərin əvvəllərində şahidi olduq. O vaxt Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdir. İki ildən sonra – 1993-cü ildə ölkədə gedən xoşagəlməz proseslər nəticəsində müstəqillik faktiki olaraq əldən gedirdi və Azərbaycan xalqı yenə də böyük fəlakətlə üzləşə bilərdi.
Ancaq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra vəziyyət sabitliyə doğru inkişaf etməyə başlamışdır. Azərbaycan xalqı 1993-cü ildə, demək olar ki, ən ağır, ən çətin vəziyyətdən məhz ulu öndərin rəhbərliyi altında şərəflə çıxa bilmişdir. 1993-cü ildən başlayaraq, ardıcıl siyasət nəticəsində bütün xoşagəlməz hallara, böhrana son qoyulmuş və Azərbaycan inkişaf dövrünü yaşamağa başlamışdır.
Həmin dövrü hamımız yaxşı xatırlayırıq. Bu, inkişaf və sabitlik dövrüdür. Azərbaycan demokratiya, bazar iqtisadiyyatı yolunu seçmişdir. Azərbaycanda gedən əsaslı siyasi və iqtisadi islahatlar ölkəmizi böyük dərəcədə gücləndirə bilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş ideyalar XX əsrin 90-cı illərində bərpa olunmuş müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilməyə başlamışdır. AXC dövründə qəbul edilmiş dövlət rəmzlərinin bugünkü müstəqil Azərbaycanın dövlət atributları kimi saxlanması bir tərəfdən tarixi varisliyə sübutdursa, digər tərəfdən ona hörmət və məhəbbətin bariz nümunəsidir. Azərbaycan xalqı bu tarixi şərəflə yaşadır və uğurla davam etdirir.
1993-2003-cü illər Azərbaycan tarixində inkişaf illəri kimi yadda qalmışdır. Bu illər ərzində, demək olar ki, əsas çətinliklər arxada qalmışdır. Ölkəmiz beynəlxalq aləmə sürətlə inteqrasiya etməyə başlamışdır. Azərbaycanda ən cəsarətli və qətiyyətli iqtisadi islahatların həyata keçirilməsinə başlanılmışdır.
Bu gün müstəqil dövlətimizə uğurlar qazandıran ulu öndər Heydər Əliyevin strategiyası da məhz bu tariximiz üzərində dayanır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin keçmişinə böyük hörməti var idi və məhz onun qərarları nəticəsində həm yaxın, həm də uzaq keçmişimizə düzgün və ədalətli qiymət verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşamışdır. Bu gün müstəqil Azərbaycan dövləti 20 ildir yaşayır. Bundan sonra da yaşayacaq və əbədi yaşayacaqdır.
Bu gün Azərbaycan dünyada öz yerini möhkəmləndirir. Dövlətimizin həm iqtisadi, həm də siyasi cəhətdən bütün səyləri ölkəmizin möhkəmlənməsinə yönəldilmişdir. Əldə edilmiş nəticələr, görülən işlər göstərir ki, Azərbaycan düzgün siyasət yeridir. Bu siyasət nəticəsində Azərbaycanda həm sabitlik qorunub saxlanılır, möhkəmlənir, həm də ictimai-siyasi asayiş tam şəkildə bərqərar olmuşdur.
Bu siyasətin uğurlarından danışan Prezident İlham Əliyev demişdir ki, Azərbaycan demokratiya yolu ilə inkişaf edir. İqtisadi və sosial islahatlar uğurla icra olunur. Biz dünya birliyinə sürətlə inteqrasiya edirik və bu inteqrasiya, əlbəttə ki, ölkəmizin hərtərəfli inkişafı üçün böyük rol oynayır. Ona görə bu gün əminliklə deyə bilərik ki, artıq Azərbaycan müstəqil dövlət kimi tam şəkildə formalaşmışdır. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət aparmaq iqtidarında olsun və bunu biz görürük. Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının milli maraqları üzərində qurulur, onun təməlində Azərbaycan xalqının maraqları dayanır. Müstəqil siyasət aparmaqla biz, eyni zamanda, bütün ölkələrlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında ikitərəfli və çoxtərəfli münasibətlərin yaranmasına da nail ola bilmişik. Azərbaycan xalqı öz strateji seçiminə sadiqdir.
Bu fikirlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin siyasətinin kökündə dayanan gerçəklik ondan ibarətdir ki, Azərbaycan dövləti qüdrətlənməli, güclənməli, sivil dövlətlər cərgəsində mövqeyini möhkəmləndirməlidir. Biz gücləndikcə, mövqeyimizi möhkəmləndirdikcə tariximizə də, bu günümüzə də, gələcəyimizə də hörmətlə yanaşılacaqdır.