Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Mayın 28-i Vaşinqtonda “Azərbaycanın Milli Bayram Günü” elan ediləcəkdir
 
Mayın 28-i ABŞ-ın paytaxtı Vaşinqtonda “Azərbaycanın Milli Bayram Günü” elan ediləcəkdir. Vaşinqton şəhərinin meri Vinsent Qrey belə bəyanatla çıxış etmişdir. Qreyin bayram bəyannaməsini Kolumbiya Dairəsinin katibi Cintiya Brok-Smit Vaşinqtonda “Azərbaycan Respublika Günü”nün təntənəli şəkildə qeyd edildiyi bayram mərasimində ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyevə çatdırmışdır. Azərbaycan Respublikasına və Azərbaycan xalqına mer Vinsent Qreyin təbriklərini çatdıran xanım Brok-Smit bəyannaməni səsləndirərək bildirmişdir ki, Azərbaycan Respublikası ABŞ-ın mühüm strateji tərəfdaşıdır. Azərbaycan hərbi qüvvələri İraq, Kosovo, hazırda isə Əfqanıstanda ABŞ hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər. Azərbaycan və ABŞ arasında möhkəm iqtisadi münasibətlər yaranmışdır və bütün sahələrdə əməkdaşlıq gündən-günə genişlənməkdədir. Kolumbiya Dairəsinin katibi Vaşinqton şəhərinin təhsil və mədəni həyatına töhfələr verdiyinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirmiş, burada yaşayan Azərbaycan icması üzvlərini təbrik etmiş, Vaşinqtonun bütün sakinlərini bu bayram günü münasibətilə Azərbaycan Respublikasını salamlamağa çağırmışdır.
Vaşinqtonun tanınmış Ronald Reyqan adına mərkəzinin amfiteatrında Azərbaycanın ABŞ-dakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən konsertdə toplantı iştirakçıları Azərbaycan milli musiqi və rəqs sənətinin nümunələri ilə tanış olmuşlar. Dövlət rəqs ansamblının üzvləri və Emil Əfrasiyabın etno-caz musiqi qrupunun ifaları Amerika tamaşaçılarının alqışlarını qazanmışdır. Tədbirdə çıxış edən səfir Yaşar Əliyev vurğulamışdır ki, Azərbaycanın zəngin mədəni musiqi irsi bu yaxınlarda ölkəmizin “Eurovision-2011”-in qalibi olmasında özünü bir daha təsdiqləmişdir. Bu qələbəni biz dünyanın ən nüfuzlu musiqi müsabiqələrindən biri olan “Eurovision”da cəmi 4-cü dəfə iştirak etdikdən sonra qazanmışıq.
Bugünkü konsertin bir neçə təqvimə, o cümlədən Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ili və ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edildiyini deyən diplomat 1918-ci il mayın 28-də Azərbaycan xalqının əsrlər boyu müstəqillik arzusunun həyata keçdiyini bildirmişdir. Müsəlman Şərqində ilk dünyəvi, demokratik hökumət quraraq Azərbaycan öz parlamenti, ədliyyə sistemi, milli valyutasını təsis etmişdir. 1919-cu ildə ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsi, milli kadrların gücləndirilməsi üçün Bakı Dövlət Universitetinin yaradılması da ilk respublikanın nailiyyətləri arasında olmuşdur. Dünya ölkələri, ABŞ da daxil olmaqla, Azərbaycanın suverenliyini tanımış və onunla diplomatik əlaqələr qurmuşdur.
Təəssüflər olsun ki, Azərbaycan Demokratik Cümhuriyyətinin ömrü 23 ay çəkmişdir. Lakin 20 il bundan əvvəl 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etmişdir. Bu 20 il ərzində Azərbaycanda olduqca böyük dəyişikliklər baş vermiş, bölgədə ən surətlə inkişaf edən dövlətə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə daxili sabitlik bərqərar olmuş, mühüm siyasi, iqtisadi və sosial islahatlara başlanmış, balanslı və uzaqgörən xarici siyasət Azərbaycanın müstəqilliyini və suverenliyini möhkəmləndirərək strateji tərəfdaşlar qazanmışdır. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri Heydər Əliyevin enerji strategiyasının böyük irsi kimi yaşayır.
Bayram toplantısında ABŞ icra və qanunverici hakimiyyətinin yüksək səviyyəli rəsmiləri, Vaşinqtonda akkreditə olunan diplomatik korpusun nümayəndələri, türk, yəhudi və digər etnik icmaların üzvləri, eləcə də media nümayəndələri iştirak etmişlər.