Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
28 May gününün dünyanın müxtəlif şəhərlərində “Azərbaycanın Milli Bayram Günü”
elan olunması davam edir
 
Amerikanın Portlend şəhərinin meri Nikolos Mavodonesin qərarı ilə mayın 28-i bu şəhərdə Azərbaycanın Milli Bayram Günü elan olunmuşdur. Bu barədə bəyannamədə qeyd edilir ki, Azərbaycan icması şəhərin ictimai həyatında mühüm rol oynayır. Sənəddə həmçinin bildirilir ki, Azərbaycanın ərazisi 33.400 kvadrat mil olub Qarabağı və Naxçıvanı da əhatə edir, habelə Azərbaycanın bu sərhədlər daxilində ərazi bütövlüyü 1992-ci ildə BMT tərəfindən tanınmışdır.
Xatırladaq ki, bu il Vankuver (Kanada) və Farqo (Şimali Dakota ştatı, ABŞ) şəhərlərinin merləri də oxşar bəyannamələr qəbul etmişlər.
2009-cu ildə Nevada ştatı martın 31-ni “Azərbaycanlıları anım günü” elan etmiş, 2010-cu ildə isə Massaçusets ştatının nümayəndələr palatası fevralın 26-nın “Xocalı qırğınının qurbanlarını anım günü” elan etmək haqqında qərar qəbul etmişdir.
Azərbaycan diasporu azərbaycanlılara qarşı soyqırımının, o cümlədən Xocalı soyqırımının, habelə Azərbaycan xalqının milli bayramlarının beynəlxalq miqyasda tanınması üzrə fəal işi davam etdirəcəkdir.