Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna ictimaiyyətinin ölkəmiz haqqında daha
çox məlumatı olması üçün nə mümkündürsə edəcəkdir

Ölkəmizin Ukraynadakı səfirliyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq Ukrayna ictimaiyyətini Azərbaycan haqqında məlumatlandırmaq üzrə sistemli və ardıcıl iş aparır.
Ölkəmizin diplomatik nümayəndəliyi Respublika Gününün bayram edilməsi çərçivəsində Azərbaycan kinematoqrafçılarının “Hökmdarın taleyi” filminin Ukraynanın Birinci milli telekanalında göstərilməsini təşkil edəcəkdir. XIX əsrin əvvəlində baş vermiş tarixi proseslərdən bəhs edən bu ikiseriyalı film bizim səfirlik tərəfindən Ukrayna dilinə tərcümə edilmişdir.
Azərbaycanın Kiyevdəki səfirliyində AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, həmin filmin ukraynalı televiziya tamaşaçıları üçün nümayiş etdirilməsi yalnız Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sayəsində mümkün olmuşdur.
Xatırladaq ki, Novruz bayramı günlərində Ukraynanın əsas dövlət telekanalında “Cavadxan” filmi nümayiş etdirilmişdir.
Müstəqil “Tonis” telekanalı isə “Jurfiks” verilişində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə müsahibəni göstərəcəkdir. Azərbaycanlı diplomat bu telekanalın efirində respublikamızın həyatı, daxili və xarici siyasətdə qazanılan uğurlar, əsaslı iqtisadi islahatlar, habelə xalqımızın qədim tarixi və zəngin mədəniyyəti barədə məlumat verəcəkdir. Müsahibə Bakının və respublikamızın bir-birindən gözəl regionlarının mənzərələri, milli mahnı və rəqslər, Azərbaycan mətbəxinin ləziz nümunələri haqqında rəngarəng süjetlərlə illüstrasiya ediləcəkdir.