Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Gürcüstanın ABŞ-dakı səfiri: “Ermənistanın başı neqativ məsələlərə - daxili problemlərə, Qarabağa və soyqırımına qarışmışdır”
 
Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili Potomak İnstitutunun Terrorizmə qarşı Mübarizə Mərkəzində tələbələr və analitiklərlə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsini sürətləndirməyə çağırmışdır. O demişdir: “Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri üçün böyük problemdir”.
“Şimal qonşusunun regionda əsas problem olduğunu” bildirən diplomat beynəlxalq moderatorları dərhal Dağlıq Qarabağda münaqişənin həll edilməsi yollarını axtarmağa başlamağa çağırmışdır.
Yakobaşvilinin fikrincə, “Ermənistanda baş verən hadisələr bilavasitə Dağlıq Qarabağla əlaqədardır, bu məsələnin həlli Rusiyanın əlindədir, Dağlıq Qarabağda Rusiyanın hərbi bazası yerləşdirilmişdir və Azərbaycanla münasibətlər qaydaya salınmamışdır”. Səfir belə bir məqama diqqəti cəlb etmişdir ki, Qarabağ problemi həll edilmədiyindən, Ermənistanın Türkiyə ilə münasibətləri də tənzimlənməmiş qalır. Yakobaşvili demişdir: “Beləliklə, əsas məsələ Dağlıq Qarabağ probleminin həlli yollarını axtarıb tapmaqdır, çünki bu cür qıcıqlandırıcı problemlərin olduğu şəraitdə başqa məsələləri bir kənara qoymaq lazım gəlir. Ermənistan özünün inkişafına zərrə qədər də diqqət yetirə bilmir, çünki onun başı başqa məsələlərə qarışmışdır, onun daxili problemləri çoxdur”.
Bundan əlavə gürcüstanlı diplomat erməni diasporu amilini də unutmamağa çağırmışdır. Əsas qayğısı antitürk məsələlər olan bu diaspor ən iri donorlardan biridir. Yakobaşvilinin fikrincə, “beynəlxalq aləmdə çıxış etmək üçün neqativ deyil, pozitiv gündəlik lazımdır. Soyqırımının tanınması heç də pozitiv amil deyildir, Ermənistan üçün pozitiv məsələlər onun gələcəyi ilə bağlı məsələlər ola bilər”.
Gürcüstanlı səfir əmindir ki, Ermənistan Dağlıq Qarabağ problemini həll edəndən, Türkiyə və Azərbaycanla münasibətlər normallaşandan sonra sürətlə inkişaf etməyə başlayacaqdır. Təhlükəsizliklə bağlı problemlər davam etdikcə, münaqişə tənzimlənməyincə diasporla bağlı problemlər qaldıqca buna nail olmaq heç də asan olmayacaqdır.