Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın İordaniyadakı səfirliyi 28 May- Respublika Gününə həsr olunmuş mətbuat konfransı keçirmişdir
Bakı, 22 may Respublika Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar ölkəmizin İordaniya Haşimilər Krallığındakı səfirliyində mətbuat konfransı keçirilmişdir. Səfirlikdən AzərTAc-a verilən məlumata görə, İordaniyanın kütləvi informasiya vasitələrinin 20-yə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirdə səfir Elman Araslı Azərbaycanın tarixi keçmişinə nəzər salmış, dövlətçilik ənənələrinə toxunmuşdur. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkədə elan edilməsini qeyd edən səfir, həmin respublikanın cəmi 23 ay ömür sürə bildiyini və xarici qüvvələrin təcavüzü nəticəsində süquta uğradığını bildirmişdir. Bu hadisədən sonra təqribən 70 il ərzində SSRİ-nin tərkibində mövcudluğunu davam etdirmiş Azərbaycanın nəhayət ki 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməyə nail olduğunu fərəh hissi ilə söyləyən səfir bu il artıq müstəqilliyimizin 20-ci ildönümünün qeyd edildiyini KİV nümayəndələrinin diqqətinə çatdırmışdır. Sonra səfir müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın qarşılaşdığı siyasi-iqtisadi və sosial çətinliklər, siyasi sistemin dəyişməsi və plan iqtisadiyyatından azad bazar iqtisadiyyatına keçidin ağrı-acılarından danışmışdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas səbəblərini nəzərə çarpdırmış, müharibə nəticəsində Azərbaycanın torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir. Bütün bu təlatümlərə tab gətirərək və çətinliklərə sinə gərərək Azərbaycanı qaranlıq gecədən aydın sabaha aparmağa qadir ümummilli liderin – Heydər Əliyevin hakimiyyətə qayıdışını ölkənin müstəqilliyini qoruyub saxlaya bilməsində, Ermənistanla atəşkəsə nail olunub işğal olunmuş ərazilərin dinc yolla qaytarılması istiqamətində sülh danışıqlarına başlanılmasında, siyasi-iqtisadi və sosial islahatların aparılmasında taleyüklü rol oynadığını söyləyən səfir ulu öndərin Vətənin parlaq gələcəyi naminə gördüyü işləri yüksək qiymətləndirmişdir. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətləri, aparılmış islahatları, iqtisadi inkişafı düzgün müəyyən edilmiş strateji kursun bəhrəsi adlandıran səfir hazırda həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutduğunu, regionun vacib və strateji əhəmiyyət kəsb edən dövlətinə çevrildiyini, regionun meqa layihələrinin gerçəkləşdirilməsinə misilsiz töhfələr verdiyini dilə gətirən səfir, yaxın gələcəkdə bu uğurların daha da artırılması istiqamətində məqsədyönlü iş aparıldığını qeyd etmişdir. Sonra səfir Azərbaycan-İordaniya ikitərəfli əlaqələri barədə məlumat verərək Azərbaycanın qazandığı uğurlarını dost və qardaş ölkələrlə bölüşməyə hazır olduğunu söyləmişdir. İordaniya ilə siyasi əlaqələrin ən yüksək səviyyədə olmasını deyən səfir hər iki dövlət başçısının – Prezident İlham Əliyevin və Kral II Abdullahın – digər sahələrdəki əlaqələrin də siyasi əlaqələr səviyyəsinə qaldırılması barədə tövsiyələrinin olmasını söyləmiş və bunun həyata keçirilməsi istiqamətində göstəriş və tapşırıqlar verdiklərini bildirmişdir. Çıxışdan sonra səfir jurnalistləri və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır. Tədbir iştirakçılarına Azərbaycan haqqında bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü və onun nəticələri haqqında kitab və bukletlər, foto və video materiallar, filmlər paylanmışdır. Diqqət çatdıraq ki, mətbuat konfransından bir gün əvvəl ölkənin Mərkəzi Televiziya kanalı ilə İordaniyada Azərbaycan haqqında çəkilmiş film nümayiş etdirilmişdir. Mətbuat konfransının keçirildiyi salon ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri ilə bəzədilmiş, ölkəmizin füsunkar təbiətini və memarlıq incilərini əks etdirən stend yerləşdirilmiş, Azərbaycanın sosial-iqtisadi inkişafına dair film nümayiş etdirilmişdir.