Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Strateji Araşdırmalar Mərkəzində xaricdə təhsil alan tələbələrin
problemləri müzakirə olunmuşdur
 
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Xaricdə təhsil alan tələbələr və azərbaycançılıq” mövzusunda müzakirələr keçirilmişdir.
Gənclər və İdman Nazirliyi, SAM və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə xaricdə təhsil alan tələbələrin ictimai təşkilatının (ASAİF) üzvləri, aspirantlar, gənc alimlər və ekspertlər iştirak etmişlər.
Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində təşkil olunmuş bu tədbirin məqsədi gənclərin nəzəri biliklərini artırmaq, diskussiya bacarıqlarını və mədəniyyətini inkişaf etdirməkdir.
Debatlar “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanmasında gənclərin real iştirakının artırılması məqsədinə xidmət edir. Müzakirə olunan məsələlər Dövlət Proqramının layihəsində əks edilmiş əsas istiqamətlərlə uzlaşır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, debatların məqsədi gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakının təmin edilməsidir. Təhsil nazirinin müavini Elmar Qasımov isə qeyd etmişdir ki, dövlət proqramlarının hazırlanmasında gənclərin təkliflərinə böyük ehtiyac vardır. Nazir müavini “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanmasında ictimai rəyin, tələbə və gənclərin təkliflərinin nəzərə alınacağını bildirmişdir.
Xatırladaq ki, ilk müzakirələr “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?”, “Tələbə gənclər: gözləntilər, innovativ potensial və cəmiyyətə qaytarılacaq dəyərlər”, “Gənclərin elmdə iştirakı” mövzularında keçirilmişdir.