Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Bakıda 10 kanatlıq Qazaxıstan milli alaçığı qurulmuşdur
 
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında, Qazaxıstanın Azərbaycandakı səfirliyinin yaxınlığında bu ölkənin diplomatik nümayəndəliyi tərəfindən 10 kanatlıq milli alaçıq qurulmuşdur.
Qazaxıstan səfiri Serik Primbetov təqdimat mərasimində qədim zamanlarda köçəri qazaxların həyatında və məişətində alaçığın oynadığı roldan söz açmış, yaşayış yerinin hər bir detalı barədə ətraflı məlumat vermişdir. Səfirin sözlərinə görə, alaçığın qurulması qardaş Azərbaycan xalqını köçərilərin məişəti ilə əyani tanış etmək məqsədi daşıyır.
Tədbir Azərbaycan Dövlət Dəniz Akademiyasının qazaxıstanlı kursantlarından ibarət dombra çalanların və müğənnilərin ifası ilə müşayiət olunmuşdur. Tədbir qazax milli mətbəxinin yemək və içkiləri təqdim olunan furşetlə yekunlaşmışdır.
Alaçığın açılışında Azərbaycan dövlət orqanlarının və Milli Məclisin, Bakıda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak etmişlər.