Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın İtaliyadakı səfiri Neapol Şərqşünaslıq Universitetinin rəhbərliyi ilə görüşmüşdür

Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, səfir Vaqif Sadıqov bu ölkənin ən qədim şərqşünaslıq mərkəzi olan Neapol Şərqşünaslıq Universitetində olmuş və təhsil ocağının rəhbərliyi ilə görüşmüşdür.
Universitetin prorektoru Cüzeppe Kataldi ilə keçirilmiş görüşdə Neapol Şərqşünaslıq Universiteti ilə Bakı Dövlət Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq tədqiqat institutları arasında əlaqələrin qurulması perspektivləri müzakirə edilmişdir.
V.Sadıqov həmin gün universitetdə “Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzusunda mühazirə oxumuşdur. Tədbirdə universitetin, eləcə də ölkənin digər təhsil ocaqlarının və elm mərkəzlərinin tədqiqatçıları iştirak etmişlər.
Səfir çıxışı zamanı Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və iqtisadi həyatı barədə məlumat vermişdir. Ölkəmizin regionda, eləcə də bütünlükdə beynəlxalq münasibətlər sistemində rolundan söhbət açmış, xüsusilə də Azərbaycanın əsas iştirakçısı olduğu, həm artıq həyata keçirilmiş, həm də perspektivdə olan beynəlxalq enerji və kommunikasiya layihələri barədə danışmışdır.
Diplomat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı vəziyyətinə toxunmuş, problemin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Sonda səfir V.Sadıqov iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.