Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Dağıstan Prezidenti: Azərbaycan Dağıstan üçün əhəmiyyətli qonşudur, xalqlarımızı çoxəsrlik qardaşlıq münasibətləri bağlayır, onları qorumaq və möhkəmləndirmək lazımdır

Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Maxaçqalada Bakının və Azərbaycanın yepiskopu Aleksandrla görüşmüşdür.
Dağıstanın başçısı M.Maqomedov demişdir: “Hörmətli yepiskop Aleksandr, Siz bizim üçün həmişə böyük dost, əziz və yaxın insan olmusunuz və bundan sonra da olacaqsınız. Dağıstanın yeparxiyaya aid olduğu illər həmrəylik, anlayış, qarşılıqlı qərarların axtarışı illəri olaraq qalacaqdır. Mən gördüyünüz işlərə görə dağıstanlılar adından Sizə böyük minnətdarlığımı bildirmək istəyirəm.
Rus Pravoslav Kilsəsinin rəhbərliyi Dağıstanın Vladiqafqaz və Maxaçqala yeparxiyasına daxil olması barədə qərar qəbul etməsinə, habelə coğrafi və hüquqi dəyişikliklərə baxmayaraq, mehriban qonşuluq münasibətlərimiz və dostluğumuz davam edəcəkdir”.
Dağıstanda, habelə Dağıstan üçün əhəmiyyətli qonşu olan Azərbaycanla Rusiya arasında sülhün və əmin-amanlığın möhkəmlənməsi işində birgə fəaliyyətə görə bir daha yepiskop Aleksandra minnətdarlığını bildirən Dağıstan Prezidenti demişdir ki, xalqlarımızı çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Bu münasibətləri qorumaq və möhkəmləndirmək lazımdır.
Səmimi qəbula görə prezidentə minnətdarlığını bildirən yepiskop Aleksandr görüşün vida xarakteri daşımasından təəssüfləndiyini vurğulamışdır. O demişdir ki, Dağıstan uzun müddət Vladiqafqaz yeparxiyasının tərkibinə daxil olmuşdur. Sonralar, ötən əsrin 17-18-ci illərində Dağıstan və İran ərazilərindəki pravoslav prixodları Bakı-Xəzəryanı yeparxiyanın tərkibinə qatmaq barədə qərar qəbul edilmişdir.
Yepiskop Aleksandr demişdir: “Əlbəttə, bu illər mənim həyat təcrübəmi, millətlərarası ünsiyyət təcrübəmi zənginləşdirdi və mən həyatımızın ictimaiyyət arasında ciddi müzakirə olunan reallıqlarını bir çox mənada tamamilə başqa cür qavrayıram. Mən dinlərarası, millətlərarası münasibətləri nəzərdə tuturam. Zənnimcə, siyasət ölçülüb-biçilmiş olanda, adət-ənənələrə hörmətlə yanaşılanda, həm millətlərarası sülh, həm də dinlərarası həmrəylik mümkündür, yol veriləndir. Çoxmillətli və çoxkonfessiyalı olmasına baxmayaraq, Rusiyanın mövcudluğu bunun parlaq təsdiqidir. Şadam ki, bu səadətə çatmaq naminə xidmət etmişəm və çalışmışam.
İndi yeni stimullar, yeni işlər gözləyir və bu da lazımdır. Mən bazar ertəsi görüşdüyüm və səfərim barədə məlumat verdiyim Azərbaycan müsəlmanlarının başçısının ən xoş arzularını sizə çatdırmaq istəyirəm. O, Maqomedəli Maqomedoviçin işini davam etdirən bir insan kimi sizin əməyinizi həmişə yüksək qiymətləndirir və ümidvardır ki, Azərbaycan və Dağıstan arasında münasibətlər bundan sonra da səmərəli inkişaf edib möhkəmlənəcək və mehriban qonşuluq münasibətləri olacaqdır. Dərbənd dəmir qapıdır. Cənubi Qafqazdan Şimali Qafqaza bu qapıdan girmək olar”.