Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Cənubi Qafqaz, xüsusilə də bu regionun ən aparıcı dövləti olan Azərbaycan ilə əməkdaşlıq Avropa İttifaqı üçün çox vacibidir

Cənubi Qafqaz, xüsusilə də bu regionun ən aparıcı dövləti olan Azərbaycan ilə əməkdaşlıq Avropa İttifaqı (Aİ) üçün çox vacibidir.
Bu sözləri Avropa Parlamentinin (AP) sədri Yerji Buzek ölkəmizə səfərinin yekunları ilə bağlı mayın 20-də keçirdiyi mətbuat konfransında demişdir.
Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanması münasibətilə təbrik edən AP-nin sədri ölkəmizə səfəri müddətində olduqca məhsuldar görüşlər keçirdiyini demişdir.
Azərbaycanın Avronest Parlament Assambleyasındakı fəallığını yüksək qiymətləndirən Y. Buzek bunun regional əməkdaşlıq və parlamentlərarası dialoqun daha da inkişaf etdirilməsi üçün çox gözəl şərait yaratdığını diqqətə çatdırmışdır.
Son illər Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini qeyd edən AP-nin sədri ölkəmizdə iqtisadi sahədə böyük uğurların əldə edilməsini xüsusi vurğulamışdır.
Y. Buzek, həmçinin Azərbaycanın bütün dünyada tolerant ölkə kimi tanınmasının təqdirəlayiq olduğunu bildirmişdir.
Azərbaycan və Avropa Parlamenti arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını deyən Y. Buzek ölkəmizdə demokratiya sahəsində mühüm irəliləyişlərin əldə edildiyini vurğulamışdır.
AP-nin sədri səfərinin Azərbaycan ilə Aİ arasında əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Y. Buzek problemin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini demişdir.
Yerevana səfəri çərçivəsində Ermənistan rəhbərliyinə bu ölkənin problemin həlli ilə bağlı üzərinə düşən məsuliyyəti xatırlatdığını qeyd edən Y. Buzek Aİ-nin münaqişə tərəfləri arasında qarşılıqlı etimadın gücləndirilməsinə yardım edə biləcəyini bildirmişdir.
AP-nin sədri Azərbaycanın suverenliyinin Avropa İttifaqı üçün çox vacib olduğunu xüsusi vurğulamışdır.
Bakının çox gözəl şəhər olduğunu deyən Y. Buzek ölkəmizə səfərinin onda böyük təəssüratlar yaratdığını demişdir.