Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Rəcəb Tayyib Ərdoğan: Bizim Azərbaycan və Naxçıvan ilə qardaşlığımız əbədidir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qars ictimaiyyəti qarşısında seçkiqabağı çıxışında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ermənilərlə mövcud olmayan “dostluğu” əks etdirən abidənin sökülməsi üçün təşəkkür məktubunu oxumuş, Türkiyənin Azərbaycan və Naxçıvan ilə qardaşlığının əbədi olduğunu vurğulamışdır.
Baş nazir demişdir ki, əgər qardaşlıqdan söhbət gedirsə, bizim Azərbaycan və Naxçıvan ilə əzəli qardaşlığımız vardır. Söhbət sülhdən gedirsə, biz Ermənistana bütün xoş niyyətimizlə kompromis təklif etdik. İndi növbə Ermənistanındır. Biz bu ölkənin diasporun təsirindən qurtulmasını və addım atmasını gözləyirik. Belə bir zamanda ölkəmizdə təəssüf ki, bəzi güclər onların vəkilliyini edirlər.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Qarsda inşa olunacaq ulu öndər Heydər Əliyevin adına liseyin təməlqoyma mərasimində də böyük sevinclə iştirak edəcəyini vurğulamışdır. Baş nazir Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkürünü bildirmişdir.