Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Avropa İttifaqı ilə Azərbaycan azadlıq, inkişaf və rifah sahəsində sahib
olduğumuz eyni dəyərləri paylaşırlar
 
Avropa İttifaqı ilə Azərbaycan azadlıq, inkişaf və rifah sahəsində sahib olduğumuz eyni dəyərləri paylaşırlar.
Bu sözləri Azərbaycanda səfərdə olan Avropa Parlamentinin sədri Yerji Buzek mayın 20-də Milli Məclisdə keçirdiyi mətbuat konfransında söyləmişdir.
O demişdir ki, biz, eyni zamanda, iqtisadiyyat, ticarət və enerji sahəsində də faydalı əməkdaşlıq edirik və Avropa İttifaqı bu əməkdaşlığın daha da genişlənməsində maraqlıdır.
Azərbaycana səfərinin məqsədindən danışan qonaq bildirmişdir ki, Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaranmışdır. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yaradılmış Avronest Parlament Assambleyası (PA) da bu baxımdan mühüm rol oynayır.
Yerji Buzek demişdir: “Əməkdaşlıq sahəsində qəbul etdiyimiz qərarların üzərində parlament nəzarətini gücləndirə bilərik. Biz iqtisadi sahədə də əməkdaşlığımızı genişləndirməliyik. Hər iki tərəfdə qarşılıqlı inamın gücləndirilməsi üçün müxtəlif tədbirləri həyata keçirməliyik. Mən xüsusilə qeyd etməliyəm ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaş ölkədir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə demişdir ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində inkişaf edir. Avronest PA çərçivəsində əməkdaşlığımız əlaqələrimizin daha da genişlənməsi üçün imkanlar yaradır. Biz bir sıra birgə layihələr reallaşdırırıq. Ümid edirik ki, əməkdaşlığımız bundan sonra daha da genişlənəcəkdir.
Sonra Oqtay Əsədov və Yerji Buzek jurnalistlərin suallarını cavablandırmışlar.