Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq dövlət üçün böyük siyasi əhəmiyyət daşıyır
Bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev müsahibəsində bildirmişdir

Xəbər verdiyimiz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə carı ildə keçiriləcək seçkilərə namizədliyini irəli sürmüşdür.
Bununla və digər mühüm məsələlərlə bağlı Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev fikirlərini AzərTAc-ın xüsusi müxbiri ilə bölüşmüşdür.
- Cənab səfir, ölkəmizin namizədliyi və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünün əhəmiyyəti ilə bağlı məlumat verməyinizi xahiş edirik.
- Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üzrə əsas məsuliyyət BMT Təhlükəsizlik Şurasının üzərinə düşür. Şuranın hər üzvü bir səsə malikdir və prosedur məsələlər istisna olmaqla bütün işlərdə qərarlar Şuranın beş daimi üzvünün səslərinin üst-üstə düşməsilə doqquz müsbət səslə qəbul edilir. Bu qərarlar məcburi xarakter daşıyır və BMT-yə üzv olan dövlətlər onlara riayət etməlidirlər. Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının üzvü olmaq dövlət üçün böyük siyasi əhəmiyyət daşıyır.
Hazırda BMT Təhlükəsizlik Şurasının 15 üzvü vardır və onlardan ABŞ, Böyük Britaniya, Çin Xalq Respublikası, Fransa və Rusiya Federasiyası qurumun daimi üzvləridir. Digər 10 ölkə isə iki il müddətinə Şuranın qeyri-daimi üzvü seçilir. Hər il onlardan beşi dəyişir.
Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün carı ilin oktyabrında seçkilərin keçiriləcəyi nəzərdə tutulmuşdur. Şərqi Avropa Dövlətləri Qrupuna ayrılmış bir yerə Azərbaycan ilə yanaşı Macarıstan, Sloveniya və Ermənistan da öz namizədliklərini irəli sürmüşlər. Bir müddət əvvəl isə Ermənistan öz namizədliyini geri götürmüşdür.
- Ermənistanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə cari ildə keçiriləcək seçkilərdən öz namizədliyini geri götürdüyü ilə bağlı son günlər ziddiyyətli fikirlər bildirilir. Məsələn, Ermənistan mətbuatında həmin ölkənin namizədliyinin rəsmi şəkildə irəli sürmək niyyətində olmadığı barədə şərhlər verilir. Xahiş edirik bu məsələyə münasibət bildirəsiniz.
- Rəsmi mənbələrə istinad edən Ermənistanın kütləvi informasiya vasitələrinin (www.panarmenian.net 2011-ci il 29 aprel tarixli məqalə, www.news.am 2011-ci il 2 may tarixli məqalə) Ermənistanın guya heç vaxt həmin seçkilərə öz namizədliyini irəli sürməməyi və ümumiyyətlə bu niyyətdə olmadığı barədə yaydığı məlumat faktlara ziddir və yalnız təəccüb doğura bilər. Vəziyyətin əks tərəfini nümayiş etdirən məsələ ondan ibarətdir ki, Ermənistanın BMT yanında daimi nümayəndəsi rəsmi şəkildə bildirmişdir ki, ölkəsi namizədliyini 2011-ci il seçkilərindən geri götürərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2032-2033-cü illər üçün 2031-ci ildə keçiriləcək seçkilərə irəli sürür.
Şübhəsiz, Azərbaycan ilə rəqabət şəraitində Ermənistanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmək cəhdlərinin iflasa uğrayacağını və sonda onun məğlub olacağını başa düşərək, Ermənistan hökuməti namizədliyinin seçkilərdən geri götürülməsi barədə qərar qəbul etmişdir.
Son günlər Ermənistanın mətbuatında dərc edilən ziddiyyətli və həqiqətə uyğun olmayan məlumatların məqsədi rəsmi Yerevanın xarici siyasətindəki müvəffəqiyyətsizliklərini oz xalqından gizlətməsidir.
BMT-nin Nizamnaməsinə uyğun olaraq, təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmək arzusunda olan dövlətin ilk növbədə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanmasına, qurumun digər məqsədlərinə nail olunmasına verdiyi töhfəyə xüsusi diqqət yetirilir. Bu xüsusda, təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlük meyarlarına cavab vermir və seçkilər bunu açıq şəkildə nümayiş etdirərdi. Seçkiqabağı kampaniya və Ermənistanın namizədliyi ilə bağlı dövlətlərin məlum mövqeyi bunun bariz nümunəsidir. Əminəm ki, Ermənistan seçkilərdə iştirak edəcəyi təqdirdə BMT-yə üzv olan 192 dövlətdən yalnız bir neçəsinin səsinə ümid edə bilərdi. Belə ki, Ermənistan işğalçı siyasətinə son qoymayana qədər BMT-nin Təhlükəsizlik Şurasına üzvlük xəyallarına düşməməlidir.
- Cənab səfir, hazırda seçkiqabağı prosesi və məsələ ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirə bilərsiniz?
- Qeyd etdiyim kimi, Şərqi Avropa Dövlətləri Qrupuna ayrılmış bir yerə Azərbaycan ilə yanaşı Avropa İttifaqına üzv olan Macarıstan və Sloveniya da namizədliklərini irəli sürmüşlər. Bugünkü vəziyyətin təhlili namizədlərdən hər birinin seçilmək şansının olduğu barədə düşünməyə əsas verir və seçkilərin nəticəsi ilə bağlı əvvəlcədən hər hansı fikir bildirmək çətindir. Şübhəsiz, ölkəmizin bu seçkilərdə və gələcəkdə uğur qazanacağını və Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacağını arzu edirik. Buna nail olmaq üçün lazımi səylər göstərilir.
Digər namizədlərdən fərqli olaraq, Azərbaycan heç vaxt BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmamış və öz namizədliyini ilk dəfə irəli sürmüşdür. Hesab edirik ki, rəqiblərimiz və digər dövlətlər BMT Təhlükəsizlik Şurasında ədalətli təmsilçilik prinsipinin vacibliyini rəhbər tutacaqlar. Təhlükəsizlik Şurasında islahatlar ilə bağlı aparılan müzakirələr kontekstində Şurada ayrı-ayrı siyasi qüvvənin dominantlığının aradan qaldırılması prioritet məsələlərdən birini təşkil edir. BMT təsis olunduğu gündən yaradılmış monopolistik stereotiplərdən imtina edilməsinin əleyhinə səsverməyə BMT-nin hazır olub-olmamasını seçkilərin nəticələri göstərəcəkdir.