Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Bakıda Atatürkü anma, gənclik və idman bayramı qeyd edilmişdir

Mayın 20-də Türkiyənin Azərbaycandakı səfirliyində Atatürkü anma, gənclik və idman bayramı qeyd edilmişdir. Bu bayram böyük şəxsiyyət Atatürkün 1919-cu il mayın 19-da 18 silahdaşı ilə Samsuna gəlməsinə, burada yadelli işğalçılara qarşı müqavimət hərəkatına başçılıq etməsinə həsr olunmuşdur.
Tədbirdə ulu öndər Heydər Əliyevin və müdrik şəxsiyyət Mustafa Kamal Atatürkün əziz xatirələri yad edilmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə Cümhuriyyətinin yaranmasında və inkişafında böyük öndər Mustafa Kamal Atatürkün tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən bəhs etmiş, onun gənclərə tövsiyələrini xatırlatmışdır.
Atatürkün 1921-ci ildə dediyi “Azəri türklərinin dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” kəlamını xatırladan diplomat vurğulamışdır ki, bu fikirlər Türkiyənin Azərbaycana yaxınlaşması, onun kədərinə, sevincinə şərik olmaqla bərabər, həm də ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı, möhkəmləndirilməsi üçün bir çağırış idi.
Səfir ulu öndər Heydər Əliyevin və dahi şəxsiyyət Mustafa Kamal Atatürkün əbədiyaşar ideyalarının əhəmiyyətindən danışmışdır.
Vurğulanmışdır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə Mustafa Kamal Atatürkün məqsədləri üst-üstə düşmüşdür. Atatürk türk gəncliyi ilə necə fəxr edirdisə, Heydər Əliyev də Azərbaycan gəncliyi ilə bir o qədər fəxr edirdi.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam etmişdir.