Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Lukaşenko çətin məqamda Belarusu dəstəklədiyi üçün Azərbaycana minnətdarlığını bildirmişdir

Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 19-da Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə bildirmişdir ki, Belarus göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır.
Azərbaycan Prezidenti İlham Əliyevlə çox mehriban və səmimi münasibətləri olduğunu vurğulayan Aleksandr Lukaşenko demişdir: “Münasibətlərimizin əsası, o cümlədən bir-birimizə bəslədiyimiz xoş hisslərdədir”.
Aleksandr Lukaşenko bildirmişdir ki, son beş ildə iki ölkə arasında əmtəə dövriyyəsi təxminən 5 dəfə, cari ilin ötən dövründə 2010-cu ilin oxşar dövrü ilə müqayisədə 10 dəfə artmışdır.
Belarus dövlətinin başçısı demişdir: “Siz bizə çox kömək etdiniz. Təəssüf ki, bu gün müstəqilliyimiz və suverenliyimiz enerji daşıyıcılarına, xammala söykənir. Biz yüksək keyfiyyətli Azərbaycan nefti emal edirik. Siz, eləcə də Venesuela bizi müdafiə etdiniz, müstəqilliyimizi və suverenliyimizi xilas etdiniz. Odur ki, sizə səmimi qəlbdən minnətdarıq”. A.Lukaşenko vurğulamışdır ki, bu gün də tərəflər bir çox aktual istiqamətlər üzrə bir-biri ilə sıx əməkdaşlıq edirlər.
Aleksandr Lukaşenko bu yaxınlarda Bakıya səfəri zamanı əldə edilmiş razılaşmalara Belarusun sadiq qalacağını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmişdir. Belarus lideri demişdir: “Biz iqtisadiyyatdan tutmuş “Eurovision” müsabiqəsinədək bütün məsələlərdə sizin üçün həyəcan və narahatlıq keçiririk”.
Onun sözlərinə görə, Azərbaycanın “Eurovision”da qələbəsi Azərbaycan mədəniyyətinin yüksək səviyyəsindən, Avropa mədəniyyətinə uyğun olmasından xəbər verir.
Yaqub Eyyubov öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdıraraq demişdir ki, iki ölkənin nazirlikləri, təşkilatları və şirkətləri bir-biri ilə uğurla əməkdaşlıq edirlər.