Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Qədim Gəncə Çexiya dövlətinin başçısında xoş təəssürat doğurmuşdur

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 19-da Şəki şəhəri ilə tanışlıqdan sonra Gəncəyə gəldilər.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edən ali qonağa bu möhtəşəm abidənin tarixi və son illər burada görülən abadlıq və yenidənqurma işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, məqbərə Gəncədə ən çox ziyarət olunan yerlərdən biridir. Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvi öz dövrünün məşhur Şeyxi kimi xalq arasında dərin hörmət və ehtirama layiq şəxsiyyət olmuşdur. Onun qəbri üzərində türbə ilk dəfə XIII-XIV əsrlərdə tikilmişdir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmış, müstəqilliyin ilk illərində isə qədim arxitekturası saxlanılmaqla müasirləşdirilmişdir. Məqbərənin ətrafında şairin əsərlərinin motivləri əsasında heykəltəraşlıq nümunələri yaradılmışdır.
Çexiya Prezidenti Vatslav Klausa ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu yaxınlarda böyük söz ustadının məqbərəsi ətrafında görüləcək işlər barədə də ətraflı məlumat verilmişdir.
Sonra ali qonaq məqbərəni ziyarət etmiş, Nizami Gəncəvinin qəbri üstünə gül dəstələri qoyaraq, xatirə şəkli çəkdirmişdir.
Çexiya Prezidenti sonra şəhərin mərkəzi meydanı ilə tanış olmuş, ümummilli liderimiz Heydər Əliyevin abidəsinə və musiqili fəvvarəyə tamaşa etmişdir.
XVII əsrin yadigarı olan Şah Abbas məscidində din xadimləri ilə görüşdə bildirilmişdir ki, məscid 1606-cı ildə memar Şeyx Bəhaəddin Məhəmməd Alimin layihəsi əsasında inşa edilmişdir. 1776-cı ildə binada əlavə olaraq qoşa minarə tikilmişdir. Sovetlər birliyi dönəmində başqa məqsədlər üçün istifadə olunan bina indi dini ibadət yeri kimi fəaliyyət göstərir.
Sonra Çexiya Prezidenti Cavadxan məqbərəsini ziyarət etmiş, böyük sərkərdənin məzarı üstünə gül dəstələri qoymuşdur.
Azərbaycanın qəhrəmanlıq rəmzi olan Cavad Xanın məzarının bərpası və onun üzərində möhtəşəm məqbərənin ucaldılması barədə məlumat verilərkən qeyd edilmişdir ki, bu abidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmişdir.
Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova sonra dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən qurulmuş Xan bağına gəlmiş, burada istirahət edən şəhər sakinləri ilə görüşüb söhbət etmişdir. Ali qonağa məlumat verilmişdir ki, 1700-cü ildə salınmış bağ Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən il əsaslı surətdə yenidən qurulmuşdur.
Prezident Vatslav Klaus “Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətində olmuş, istehsal prosesini yaxından izləmiş, müxtəlif ölkələrdə keçirilən sərgilərdə yüksək mükafatlara layiq görülmüş şərab nümunələrinin dadına baxmışdır. Məlumat verilmişdir ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış 1 milyon manat güzəştli kredit hesabına burada ən müasir avadanlıqlar quraşdırılmış, yüksək keyfiyyətli şərab məhsulları istehsalı təmin edilmişdir. Hazırda müəssisədə 522 işçi çalışır. İstehsal olunan məhsulların maya dəyərinin aşağı salınması məqsədi ilə son üç ildə 367 hektar üzüm bağı salınmışdır. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində təkcə keçən il 298 min dekalitr şərab, 222 min dekalitr araq, 131 min dekalitr isə spirt istehsal edilmişdir. Müəssisənin bir neçə adda məhsulu müxtəlif sərgilərdə qızıl və gümüş medallara layiq görülmüşdür.
Müəssisədə Çexiya Prezidentinə və nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunmuşdur.