Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Belarus paytaxtında MDB Hökumət Başçıları Şurasının 57-ci iclası keçirilir
 
Mayın 19-da Minskdə MDB Hökumət Başçıları Şurasının 57-ci iclası işə başlamışdır. İclasda ölkəmizi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edir.
MDB Hökumət Başçıları Şurasının gündəliyinə əməkdaşlığın inkişafının bir neçə aktual məsələsi, o cümlədən azad ticarət zonası haqqında Müqavilə və MDB Dövlət Başçıları Şurasının müvafiq qərarının layihəsi, 2020-ci ilədək dövr ərzində MDB ölkələrinin dövlətlərarası məqsədli innovasiya əməkdaşlığı proqramının ilkin layihəsinə hazırlığın gedişi, 2011-ci ildə MDB-də ərzaq təhlükəsizliyinin artırılması ilinin keçirilməsi tədbirləri ilə bağlı məsələlər salınmışdır. Tərəflər, həmçinin MDB-nin 20-ci ildönümünə həsr olunmuş Dövlətlərarası sərgiyə hazırlığın gedişi, istehlakçıların hüquqalrının müdafiəsi sahəsində MDB-nin sahə əməkdaşlığı orqanının yaradılması məsələlərini, habelə Birlik dövlətlərinin 2020-ci ilədək dövr ərzində atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığının “Atom-MDB” əməkdaşlığı Çərçivə proqramı müzakirə ediləcəkdir.
Bundan əlavə, gündəliyə Birlik ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq Konsepsiyası və MDB ölkələrinin mədəniyyət və incəsənət sahələrində təhsilin inkişafı Konsepsiyası məsələləri salınmışdır.
İclasda MDB ölkələrinin 2015-ci ilədək mədəniyyət sahəsində əməkdaşlığının əsas tədbirləri müzakirə edilir, MDB dövlətlərinin fundamental elm sahəsində əməkdaşlığı üzrə Şuranın yaradılması haqqında saziş nəzərdən keçirilir.