Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Həştərxanda Heydər Əliyev adına Parkın açılışı olmuş, Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulmuşdur

Mayın 19-da “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda keçirilən forum çərçivəsində Həştərxanın mərkəzində, Volqa körfəzi yaxınlığındakı Sahil küçəsində Heydər Əliyev adına Parkın təntənəli açılışı olmuşdur.
Tədbirdə forumda təmsil olunan Azərbaycan və Rusiya nümayəndə heyətləri, Həştərxan vilayətindəki Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, ulu öndərin Həştərxanda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il açılmış abidəsi önünə əklillər və güllər qoymuşlar.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin təntənəli tədbiri açaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın açılışı Rusiya və Azərbaycan xalqları arasında dostluğun rəmzidir. Qubernator layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi, Rusiya nümayəndə heyətinin başçısı Sergey Vinokurov bildirmişdir ki, parkın açılışı Rusiyanın ictimai-siyasi həyatında əlamətdar hadisədir. O demişdir: “Parkın açılışı ölkələrimiz, xalqlarımız arasında münasibətlərin, regionlararası əməkdaşlığın tarixində daha bir parlaq səhifədir. Bu, Rusiya-Azərbaycan dostluğunun xoş nişanəsidir”.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək xatırlatmışdır ki, ötən il məhz burada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı olmuşdur. Dahi liderin həyat və fəaliyyətinin bir sıra məqamlarından danışan Əli Həsənov vurğulamışdır ki, görkəmli dövlət xadimi siyasi müdrikliyə, geniş dünyagörüşünə malik idi. Ulu öndər Azərbaycana rəhbərliyə qayıdandan sonra Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynamış, ölkələrimiz arasında strateji əməkdaşlığın təməlini qoymuşdur. O demişdir: “Ulu öndərin səyləri sayəsində Azərbaycan-Rusiya münasibətlərini kökündən yaxşılaşdırmaq və fəallaşdırmaq, ona yeni impuls vermək mümkün olmuşdur. Çox sevindirici haldır ki, Həştərxanda 11 nömrəli məktəb Heydər Əliyevin adını daşıyacaqdır”. Əli Həsənov əlavə etmişdir ki, Rusiya Prezidenti Dmitri Medvedevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdikləri siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Sonra Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulmuşdur. Körpü Heydər Əliyev adına park ilə Birinci Pyotrun abidəsi ucaldılmış parkı birləşdirəcəkdir. Azərbaycan və Rusiya nümayəndə heyətlərinin rəhbərləri Əli Həsənovun və Sergey Vinokurovun birgə bəyanatında deyilir ki, bu körpü Rusiya və Azərbaycan xalqlarının möhkəm dostluq münasibətlərinin əyani göstərici olacaqdır. Körpünün tikintisini sentyabrda başa çatdırmaq nəzərdə tutulmuşdur.