Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Ermənistanın qonşularına qarşı ərazi iddiaları və sabitliyə
törətdiyi təhlükə regionda iqtisadi tərəqqini əngəlləyir
 
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursadakı Uludağ Universiteti ilə birlikdə “Cənubi Qafqazda təhlükəsizliyin yenidən dəyərləndirilməsi və Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda beynəlxalq konfrans keçirmişdir.
Konfransın ikinci günü – mayın 17-də Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərovun sədrliyi ilə keçirilmiş “Cənubi Qafqazda iqtisadi siyasət” mövzusunda toplantıda Birləşmiş Ərəb Əmirlikləri hökuməti Dubay Məktəbinin professoru Deyl Mörfi, Gürcüstan Biznes Akademiyasının direktoru, professor Kaxaber Eradze, Türkiyənin Sakarya Universitetinin professoru Ələddin Yalçınkaya regionda həyata keçirilən mühüm enerji layihələrinin əhəmiyyətindən, kommunikasiya və infrastrukturun inkişafı sahəsində görülmüş işlərdən ətraflı danışmışlar.
Vurğulanmışdır ki, mürəkkəb siyasi şərait, dondurulmuş münaqişələr, qeyri-sabitlik və ən başlıcası – Ermənistanın qonşularına qarşı ərazi iddiaları və sabitliyə törətdiyi təhlükə regionda iqtisadi tərəqqini əngəlləyir. QİƏT, GUAM, EKO kimi təşkilatlar, TRASEKA proqramı və digər layihələr həyata keçirilsə də, etnik separatçılıq zəminində davam edən işğalçılıq siyasəti daha yaxşı nəticələr əldə olunmasına mane olur.
Sonra “Cənubi Qafqazda ikitərəfli əlaqələr” mövzusunda aparılmış müzakirələrdə çıxış edən İstanbul Yedditəpə Universitetinin professoru Məsud Çaşın, Azərbaycanın İstanbuldakı konsulu İsmət Gözəlov, Bakı Dövlət Universitetinin dosenti Boran Əziz Orduxan və Uludağ Universitetinin dosenti Barış Özdal Türkiyə-Azərbaycan əlaqələrinin tarixi, inkişaf mərhələləri və bu fonda Ermənistanla olan problemlərdən ətraflı danışmışlar.
Sonda dünyanın müxtəlif ölkələrindən gəlmiş diplomat, politoloq və elm adamlarının iştirakı ilə “dəyirmi masa” keçirilmişdir. Burada vurğulanmışdır ki, Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi tərəfindən keçirilmiş beynəlxalq konfrans məhsuldar olmuşdur. Gələn il keçiriləcək tədbirdə də mühüm məsələlər müzakirə ediləcəkdir.