Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra dövlət
standartlarını təsdiq etmişdir
 
"Elektrik stansiyaları və istilik şəbəkələri istilik mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları", "Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı uçotuna dair nümunəvi təlimat" və "Energetika sahəsinin əsas terminlərinin izahlı lüğəti. Terminoloji lüğət" dövlət standartları təsdiq edilmişdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, qurum "Azərenerji" ASC-nin "Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu" MMC tərəfindən işlənmiş AZS 587-2011, AZS 588-2011, AZS 591-2011 dövlət standartlarını təsdiq etmiş və tətbiq vaxtını mayın 2-dən müəyyən etmişdir.
AZS 587-2011 "Elektrik stansiyaları və istilik şəbəkələri istilik-mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları" standartı Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin və şəhər, ərazi icra orqanlarının fəaliyyətdə olan və yenidən qurulan elektrik stansiyalarının, həmçinin istilik şəbəkələrinin, istilik məntəqələrinin və qızdırıcı qazanxanaların yanacaq-nəqliyyat, qazan-turbin və kimya sexlərində istilik-güc, mexaniki və suhazırlayan avadanlıqların, istilik avtomatikası və ölçü cihazlarının istismarı, təmiri, saxlanması, sazlanması və sınağı ilə məşğul olan heyət üçün vacib olan qaydaları müəyyən edir.
AZS 588-2011 "Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı uçotuna dair nümunəvi təlimat" standartı Azərbaycan Respublikasında fəaliyyətdə olan, yeni və yenidən qurulan elektrik qurğularında tətbiq olunan elektrik enerjisinin və gücün uçotu sisteminə şamil olunur və digər idarələr tərəfindən də istifadə oluna bilər. Nümunəvi təlimat elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı onun uçotu üzrə əsas qaydaları özündə əks etdirir, elektrik enerjisinin və gücün uçotu sisteminin texniki cəhətdən təşkilinə və istismar qaydalarına tələbləri müəyyən edir. Nümunəvi təlimat "Azərenerji" Açıq Səhimdar Cəmiyyəti, sahə layihə təşkilatları və istehlakçıların heyəti üçün nəzərdə tutulmuşdur.
AZS 591-2011 "Energetika sahəsinin əsas terminlərinin izahlı lüğəti. Terminoloji lüğət" standartı "Azərenerji" ASC strukturu daxilində müəssisələr arasında, digər enerji istehsalçı müəssisələr, enerji satış bazarları, enerji nəql edən müəssisələr, istehlakçı qurumlar arasında Azərbaycanda müasir bazar münasibətlərini, iqtisadi münasibətləri və istehsal-istehlak münasibətlərini ifadə etmək üçün baza sənədi hesab olunur. Bu lüğət energetikanın bütün sahələrində çalışan mütəxəssislər, mühəndis-texniki heyət, elmi işçilər, aspirant və tələbələr üçün nəzərdə tutulmuşdur.