Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyi və Avropa ilə enerji əməkdaşlığı
Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının gündəliyində duran məsələlərdir
 
Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Çexiya Prezidentinin Azərbaycana rəsmi səfəri daha da güclənən siyasi dialoqun göstəricisidir və digər sahələrdə də münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradır. İqtisadi əlaqələrin inkişafına hər iki tərəf böyük maraq göstərir.
Bu sözləri mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Çexiya Prezidenti Vatslav Klaus ilə mətbuata bəyanatında demişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Çexiya arasında münasibətlərin regional ölçüsünün də olduğunu bildirmişdir: “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, həmçinin ikitərəfli münasibətlərimizin bir hissəsidir. Biz Çexiya tərəfinə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığına verdiyi dəstəyə görə olduqca minnətdarıq. Hazırda biz “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edirik və ümidvarıq ki, bu proqram nəticəsində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da sıx olacaqdır. Enerji əməkdaşlığımız ikitərəfli gündəliyimizin bir hissəsidir. Çox şadıq ki, Azərbaycanın karbohidrogen resursları artıq Çexiya Respublikasının bazarına çıxarılır. Ümidvarıq ki, bu əməkdaşlıq növbəti illərdə daha da artacaqdır”.
“Hazırda biz neft ixrac edirik, lakin gələcəkdə qaz sektorunda da əməkdaşlıq ikitərəfli münasibətlərimizin bir hissəsi olacaqdır. Xüsusilə nəzərə alsaq ki, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında birgə Bəyannamə imzalandı. Avropanın enerji təhlükəsizliyi və Avropa ilə enerji əməkdaşlığı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının gündəliyində daim duran məsələlərdir”, - deyə Prezident İlham Əliyev vurğulamışdır.