Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı ölkə
vətəndaşlarına xəbərdarlıq etmişdir
 
Azərbaycanın Xarici İşlər Nazirliyi son vaxtlar Suriyada yaranmış vəziyyətlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq etmişdir.
Nazirliyin rəsmi saytında bildirilir ki, martın 18-dən etibarən Suriyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlamışdır. Nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş vermiş, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olmuşdur.
Nümayişlərlə əlaqədar Tartous-Latakia, Latakia-Aleppo, Homs-Aleppo kimi bir sıra yollar müvəqqəti olaraq bağlıdır. Suriyanın paytaxtı Dəməşq də daxil olmaqla, bir sıra şəhərlərində, həmçinin əsas şose yollarında nəzarət məntəqələrinin sayı artırılmışdır. Suriyada münaqişə zonaları hər an dəyişə bilər.
Bunları nəzərə alaraq, Suriyaya getmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edərkən yuxarıda sədalananları nəzərə alsınlar və ehtiyatlı olsunlar. Vacib olmadıqda səfərlərini təxirə salsınlar.
Suriyada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri, hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Dəməşq şəhərində yerləşən ölkəmizin səfirliyi ilə əlaqə saxlamaları tövsiyə olunur.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir.
Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.