Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın Argentinadakı səfiri Belgrano Universitetində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi mövzusunda çıxış etmişdir

Buenos-Ayresin aparıcı təhsil müəssisələrindən olan Belgrano Universitetində dünyanın həssas geosiyasi bölgələri mövzusunda silsilə seminarlar keçirilir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu çərçivədə ilk seminar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin regional vəziyyətə təsiri ilə bağlı mövzuda Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ilə keçirilmişdir.
Seminarda universitetin siyasi elmlər, beynəlxalq münasibətlər və jurnalistika ixtisasları üzrə professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və magistrantlar iştirak etmişlər.
Səfir M.Əhmədzadə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, hərbi təcavüzü və onun nəticələri barədə danışmışdır. Münaqişənin nizamlanması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və onlara Ermənistan tərəfindən əməl olunmadığını bildirən azərbaycanlı diplomat, işğal olunmuş ərazilərdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni siyasətdən danışmışdır. O, habelə münaqişənin nizamlanması prosesinin tarixi və ölkəmizin nizamlanmaya dair mövqeyi barədə də seminar iştirakçılarına ətraflı məlumat vermişdir.
Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və münaqişə ilə bağlı qəbul olunmuş sənədlərə əsaslandığını bildirən M.Əhmədzadə gec-tez bütün vasitələrdən istifadə edərək ərazi bütövlüyümüzü bərpa edəcəyimizi və bunun üçün Azərbaycanın bütün imkanlarının olduğunu demişdir.
Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi və iqtisadi strategiya nəticəsində Azərbaycanın hazırda əhəmiyyətli inkişaf dövrünü yaşadığını, regionun liderinə, regional inkişaf, əməkdaşlıq və inteqrasiyanın lokomotivinə çevrildiyini qeyd edərək ölkəmizdə həyata keçirilən qlobal əhəmiyyətli layihələr, habelə sosial-iqtisadi göstəriciləri haqqında məlumat vermişdir.
Səfir öz təcavüzkar siyasəti səbəbindən Ermənistanın regiondakı inkişaf və inteqrasiya prosesindən kənarda qalaraq dərin siyasi və iqtisadi problemlər içərisində boğulduğunu vurğulamışdır. O, münaqişənin həllinin regionda sülh, sabitlik və çiçəklənməyə gətirib çıxaracağını və bunun bütün region ölkələrinin, o cümlədən Ermənistanın marağında olduğunu bildirmişdir. Ermənistanın öz qonşularına qarşı irəli sürdüyü ərazi iddiaları, düşmənçilik və hərbi təcavüzünün XXI əsrin inteqrasiya və qloballaşma proseslərinə uyğun gəlmədiyini deyərək Ermənistan üçün dərin problemlər məngənəsindən yeganə xilas yolunun qonşu ölkələrlə normal münasibətlər qurmasını qeyd etmişdir.
M.Əhmədzadə auditoriyanın bu münaqişə, regional vəziyyət, habelə Azərbaycanın xarici siyasət prioritetləri barədə çoxsaylı suallarını cavablandırmışdır. Münaqişə və ölkəmizlə bağlı həqiqətlər iştirakçıların böyük marağına səbəb olmuş və seminar 3 saata yaxın davam etmişdir.
Mühazirədə münaqişə və regionla bağlı çoxsaylı xəritələr və əyani vasitələr istifadə olunmuş, sonda iştirakçılara səfirlik tərəfindən ispan dilində dərc edilmiş Azərbaycanla bağlı müxtəlif nəşrlər paylanmışdır.
Seminarlar çərçivəsində habelə, Pakistan, Livan, Cənubi Koreyanın Argentinadakı səfirlərinin aidiyyəti üzrə münaqişələrlə bağlı mühazirələri də nəzərdə tutulur.