Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Ermənistanın amşen ermənilərini Dağlıq Qarabağa köçürməsi ilə bağlı bəyanat yaymışdır

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Ermənistanın amşen ermənilərini Dağlıq Qarabağa köçürməsi ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, son vaxtlar erməni işğalçılarının Qırğızıstan və digər ərazilərdən amşen adlanan yüzlərlə etnik erməni ailəsinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə köçürülməsi xəbəri Azərbaycan əhalisinin, xüsusən də Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından qovulmuş məcburi köçkünlərin dərin hiddətinə səbəb olmuşdur. İşğalçı Ermənistanın Azərbayacanın ərazi bütövlüyünə qarşı növbəti təxribatı olan bu hərəkət beynəlxalq hüququn prinsplərinə zidd olmaqla yanaşı, həm də insanlıq əleyhinə yönəlmiş cinayətdir.
Bəyanatda qeyd edilir ki, ildən-ilə əhalisinin sayı azalan, iqtisadi və demoqrafik böhran keçirən Ermənistanın bu hərəkəti Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin tam iflasa uğradığını sübut edir. Bununla yanaşı, bu siyasət köçürülməsi nəzərdə tutulan əhalinin hüquqlarının da kobud surətdə pozulmasından və gələcəkdə onların faciələrlə üz-üzə qalmasından başqa bir şey deyildir.
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi beynəlxalq təşklatlardan, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərdən növbəti erməni təxribatı olan bu köçürmə kampaniyasının qarşısını almağı və münaqişənin sülh yolu ilə həllində öz səylərini artırmağı qətiyyətlə tələb edir.
İctimai Birlik əks təqdirdə baş verə biləcək faciələrin məsuliyyətinin işğalçı Ermənistan ilə birlikdə vasitəçi dövlətlərin də üzərinə düşəcəyini onların nəzərinə çatdırır.