Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Ombudsman Aparatı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak edir
 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak edir. Aparatın bir qrup əməkdaşı yaxın günlərdə Polşaya səfər edəcək, layihə çərçivəsində bu ölkənin insan hüquqları müdafiəçisinin ofisində və digər aidiyyəti qurumlarda görüşlər keçirəcək, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Ombudsman Aparatından bilirmişlər ki, görüşlərdə Milli Priventiv Mexanizmin fəaliyyəti, başçəkmələrin metodologiyası, cinayət qurbanlarına hüquqi, həmçinin maliyyə, psixoloji və təşkilatı dəstək, onların hüquqlarının pozulmasına reaksiya barədə təqdimatlar dinləniləcəkdir.
Səfər çərçivəsində təsisatın əməkdaşları yeni texnologiyaların inkişafı kontekstində insan hüquqlarının müdafiəsinin problemli sahələrinin həlli məsələləri ilə bağlı məruzələrlə çıxış edəcəklər.