Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Liviya lideri Müammər Qəddafi ötən axşam milli televiziya ilə qısa audiomüraciətlə çıxış edib. Onun müraciəti bombardman nəticəsində yaralanması və Tripolini tərk etməsi barədə məlumatlarla eyni vaxta təsacüf edib.

“Siz məni öldürə bilməzsiniz! Çünki mən elə yerdə yaşayıram ki, oradan çıxartmaq olmaz - milyonlarla insanın ürəyində. Hətta, məni fiziki cəhətdən öldürsəniz belə, milyonların qəlbində qalacağam”, - polkovnik Qəddafi NATO-ya və özünün Liviyadakı düşmənlərinə müraciətlə deyib.

Liviya lideri yaralı olub-olmamasını dəqiqləşdirmək üçün ölkə rəhbərliyi ilə əlaqə saxlayanlara, Liviya hakimiyyətinə dəstək verənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, İtaliyanın xarici işlər naziri Franko Frattini keçirdiyi mətbuat konfransında Müammər Qəddafinin yaralı olduğunu bildirib. Onun sözlərinə görə, Liviya liderinin Tripeolini tərk etdiyi, amma ölkə ərazisində olduğu güman edilir.

Liviya rəhbərliyi bu barədə məlumatları təkzib edib və Müammər Qəddafinin gümrah olduğunu bildirib.

Qeyd edək ki, “Birləşmiş müdafiəçi” əməliyyatçı çərçivəsində Liviya ərazisinə mütəmadi hava zərbələri endirən NATO-nun hərbi komandanlığı Qəddafinin fiziki cəhətdən məhvinə çalışdığını dəfələrlə bəyan edib. Mayın 1-inə keçən gecə edilən hücum zamanı Liviya liderinin kiçik oğlu - 29 yaşlı Saif əl-Ərəb, eləcə də Müammər Qəddafinin üç nəvəsi, bir neçə dostu və qonşusu həlak olub. Həmin hücum zamanı Müammər Qəddafi və həyat yoldaşı xəsarət almayıb.

Mayın 12-də Qəddafinin evlərindən birini bombardman edilməsi nəticəsində üç liviyalı jurnalist həlak olub.