Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
ATƏT PA-nın növbəti sessiyasında Minsk qrupu həmsədrlərinin hesabatı dinlənilə bilər
 
ATƏT Parlament Assambleyasının Belqradda keçiriləcək növbəti sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun həmsədrlərinin hesabatı dinlənilə bilər.
Bu sözləri Bakıda səfərdə olan ATƏT PA-nın sədri Petros Eftimiu mayın 12-də Milli Məclisdə keçirdiyi görüşdə demişdir.
Görüşdə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrlərinin ATƏT PA-nın sessiyasında hesabat vermələrini təklif etmişdir.
Petros Eftimiu demişdir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün də olduqca mühüm əhəmiyyət kəsb edir.
ATƏT PA-nın sədri qurumun yay sessiyasında Minsk qrupunun həmsədrləri tərəfindən belə bir hesabatın təqdim olunmasına çalışacağını bildirmişdir.