Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan səfiri etimadnaməsini Timor-Leste Demokratik
Respublikasının Prezidentinə təqdim etmişdir

Azərbaycan Respublikasının İndoneziyadakı, eyni zamanda Filippin və Timor-Lestedəki səfiri İbrahim Hacıyev etimadnaməsini Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Hortaya təqdim etmişdir.
Səfirlikdən bildirmişlər ki, diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Timor-Leste xalqına sülh, əmin-amanlıq, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlığın intensivləşdirilməsi arzularını Prezident Xose Ramos Hortaya çatdırmışdır.
Timor-Leste Prezidenti Azərbaycan Prezidentinə xoş arzularına görə minnətdarlığını bildirmiş, səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına da çatdırılmasını xahiş etmişdir.
Prezident Xose Ramos Horta Azərbaycan və Timor-Lestenin müstəqilliklərini yeni bərpa etdiklərini nəzərə alaraq qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulamışdır. Timor-Lestenin Prezidenti demişdir ki, Azərbaycanın uğurlu daxili və xarici siyasətindən, regionda və dünyada sülh və qarşılıqlı etimad naminə apardığı fəaliyyət və təcrübəsindən bəhrələnmək də vacibdir. O, müxtəlif dövlətlərin maraqlarının kəsişdiyi məkanda yerləşən Azərbaycanın uğurlu xarici siyasətini yüksək qiymətləndirmişdir.
Xose Ramos Horta Azərbaycanın neft-qaz kəşfiyyatı və istehsalının zəngin tarixi və təcrübəsindən danışmış, ölkəmizin son vaxtlar əldə etdiyi nailiyyətlərindən müstəqilliyini yeni bərpa etmiş Timor-Lestenin də faydalana biləcəyini söyləmişdir.