Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Naxçıvanda faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd olunmuşdur

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksində keçirilən tədbirə gəlmiş, veteranlarla görüşmüş, onları 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 66-cı ildönümü münasibətilə təbrik etmişdir.
Sonra ali məclisin sədri abidənin önünə tər gül dəstəsi qoymuş, 1941-1945-ci illər müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir. Mərasim iştirakçıları, müharibə veteranları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər.
Veteranlarla söhbət zamanı qeyd olunmuşdur ki, faşizm üzərində Qələbənin qazanılmasında muxtar respublikamızın əhalisi də böyük qəhrəmanlıqlar göstərmişlər. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızlarımızdan 15 min nəfəri müharibədə şəhid olmuşdur. 3 həmyerlimiz – Qəzənfər Əkbərov, Nəcəfqulu Rəfiyev, Abbas Quliyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasından qələbə fonduna 8 kiloqram qızıl və gümüş, 6 milyon manatdan çox nağd pul və istiqraz vərəqəsi, 66 min ton taxıl, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir.
1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri bugünkü gənc nəsil üçün də vətənpərvərlik nümunəsidir. Odur ki, ölkəmizdə yaşlı nəslə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ötən əsrin 70-ci illərində veteranlara göstərilən qayğı ulu öndərimiz siyasi hakimiyyətdən istefa verəndən sonra unutdurulmuş, müharibə veteranları diqqətdən kənarda qalmışdır. 1990-1993-cü illərdə ölkəmizdə hakimiyyətdə olanlar 9 may Qələbə gününü qeyd etməmək barədə rəsmi tapşırıq da vermişdilər.
Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında bunun əksinə olaraq veteranlara diqqət davam etdirilirdi. Ümummilli liderimizin təşəbbüsü ilə 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalında yüksək səviyyədə qeyd olunmuşdu.
Müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
Ali məclisin sədri veteranlarla xatirə şəkli çəkdirmiş, onları qələbənin 66-cı ildönümü münasibətilə bir daha təbrik etmişdir.