Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Marneulidə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü
münasibətilə tədbir keçirilmişdir

Mayın 9-da Gürcüstanın Kvemo-Kratli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Olimpiya Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə, həmçinin Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və gürcü dillərində nəşr etdirdiyi “Heydər Əliyev: Azərbaycan-Gürcüstan dostluğu bütün dünyada nümunədir” kitabının təqdimatı olmuşdur.
Tədbiri açan azərbaycanlıların Marneulidəki mədəniyyət mərkəzinin rəhbəri Fazil Həsənov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın məhv olmaq təhlükəsindən, səriştəsiz rəhbərlikdən xilas olduğunu vurğulamışdır. Natiq Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza, o cümlədən Gürcüstan azərbaycanlılarına göstərdiyi diqqət və qayğını nəzərə çarpdırmış, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekanoidze və başqaları ulu öndərin yalnız Azərbaycanda deyil, bölgədə sabitliyin təmin olunmasında, əsrin layihələrinin reallaşdırılmasında böyük xidmətlərindən danışmışlar.