Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Zaqatalada faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd olunmuşdur
 
1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 66-cı ildönümü Zaqatala rayonunda da geniş qeyd olunmuşdur.
Əlamətdar bayram münasibətilə mayın 9-da Zaqatala Rayon İcra Hakimiyyətində müharibə veteranları ilə görüş keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi, müharibə veteranları və ictimaiyyətin nümayəndələri 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Xilaskar əsgər” abidəsini və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş zaqatalalıların xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Vətən uğrunda həlak olan igid həmyerlilərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək müharibə veteranlarını Qələbə günü, habelə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təbrik etmiş, onlara cansağlığı arzulamışdır. Bu müharibədə altı yüz mindən artıq həmvətənimizin iştirak etdiyini, onların yarıdan çoxunun amansız döyüşlərdə həlak olduğunu xatırladan natiq, faşizm üzərində Qələbənin əldə edilməsində Zaqatala rayonundan cəbhəyə getmiş yeddi minə yaxın həmvətənimizin də böyük payı olduğunu xüsusi vurğulamışdır.
Məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 9 may- Qələbə gününün Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyini nəzərə çarpdıran natiq, hazırda ölkəmizdə müharibə veteranlarına dövlətimizin başçısı tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirmişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin son Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına 500 manat məbləğində, müharibədə həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində ön və arxa cəbhələrdə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara və digər şəxslərə 200 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışmış, respublikamızda, eləcə də Zaqatala rayonunda gedən tikinti-quruculuq işlərini yüksək qiymətləndirmiş, gənclərə ağsaqqal nəsihətləri vermiş, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayonda yaşayan 24 nəfər 1941-1945-ci illər müharibəsi veteranına maddi yardım göstərilmişdir.