Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Şəkidə faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd edilmişdir

Mayın 9-da Şəki şəhərində faşizm üzərində Qələbənin 66-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı və müharibə veteranları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuş, xalqımızın qəhrəman övladlarının xatirəsini ehtiramla anmışlar.
Müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantını giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq veteranları əlamətdar bayram münasibətilə təbrik etmiş, faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının mühüm rolunu xüsusi vurğulamışdır.
Tədbirdə şəhər icra hakimiyyəti aparatının şöbə müdiri Rəfail Mənəfov müharibə illərində həmvətənlərimizin ön və arxa cəbhələrdəki fədakarlıqları barədə danışmışdır. Natiq bildirmişdir ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi rəşadətlər ölçüyə gəlməzdir. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, bu müharibədə altı yüz mindən artıq azərbaycanlı şanlı döyüş yolu keçmiş, onların hər iki nəfərindən biri cəbhədə qəhrəmanlıqla həlak olmuşdur. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş, 130 nəfərə yaxın həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 min əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunmuşdur.
Natiq bildirmişdir ki, müharibə illərində Azərbaycan xalqı arxa cəbhədə də böyük fədakarlıqlar göstərmiş, neftçilərimiz ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişlər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində Qələbənin əsas amillərindən biri olmuşdur.
Tədbirdə müharibə veteranı Bəlyar Məmmədov çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə Şəki veteranları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda şəhər rəhbərliyi müharibə veteranları ilə səmimi söhbətlər aparmış, onlarla xatirə şəkilləri çəkdirmişlər.