Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 May – Qələbə günü münasibətilə mərasim keçirilmişdir

Mayın 9-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə faşizm üzərində Qələbənin 66-cı ildönümünə həsr edilmiş mərasim keçirilmişdir.
Fondun əməkdaşı İlqar Mustafayev mərasimdə iştirak edən 100 müharibə iştirakçısına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təbrikini çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Qələbə günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur, müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi önündə müharibə veteranları ilə görüşməsi bu diqqət və qayğının təzahürüdür.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi dekanının müavini Aleksey Vlasov bildirmişdir ki, Azərbaycanın 600 mindən çox qəhrəman oğul və qızı cəbhələrdə düşmənlə üz-üzə yüksək vətənpərvərlik və qəhrəmanlıq nümayiş etdirmişlər. Onların yarıdan çoxu Vətənin müdafiəsi uğrunda qəhrəmanlıqla həlak olmuşlar. O, Qələbənin əldə olunmasına neft Bakısının da əvəzsiz töhfə verdiyini vurğulayaraq neftçilərin fədakarlığını yüksək qiymətləndirmişdir. Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun dəvəti ilə Moskva Dövlət Universitetinin tarix fakültəsinin bir qrup tələbəsi 9 May - Qələbə günü münasibətilə ölkəmizdə keçirilən tədbirlərdə iştirak edir. Bildirilmişdir ki, tələbələr Fəxri xiyabanda xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, bir sıra tarixi abidələrlə tanış olmuşlar.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin veteranları təbrik edərək Azərbaycanın 1941-1945-ci illər müharibəsində əvəzsiz rol oynadığını və xalqımızın əsl qəhrəmanlıq göstərdiyini bildirmişdir. Biz qələbəni birlikdə qazanmışıq və onu birlikdə də qoruyub saxlamalıyıq. Bu, bizi birləşdirən dəyərlərdəndir. Bu gün Azərbaycanda Qələbə gününün belə təmtəraqla qeyd olunmasını biz yüksək qiymətləndiririk.
Sonra tədbir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin tələbələri tərəfindən Qələbə günü münasibətilə hazırlanmış konsert proqramı və ziyafətlə davam etdirilmişdir.
Mərasimdə iştirak edən 100 müharibə iştirakçısının hər birinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 manat məbləğində birdəfəlik maddi yardım göstərilmişdir.