Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Qələbənin 66-cı ildönümü təntənə ilə qeyd edilmişdir

Mayın 9-da Bakının Nərimanov rayonu ərazisində yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksi önündə 1941-1945-ci illər müharibəsində Qələbənin 66-cı ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə Milli Məclisin deputatları, Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər MDB ölkələrinin səfirləri və nümayəndələri, müharibə veteranları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 600 min azərbaycanlının faşizmlə mübarizədə iştirak etdiyini və onlardan 300 mininin həlak olduğunu, döyüşlərdə şücaətə görə 123 soydaşımızın Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırmışdır. İcra başçısı o ağır illərdə Azərbaycanın ön cəbhəni yanacaq, ərzaq, geyimlə təmin etdiyini də diqqətə çatdırmışdır:”Müharibə illərində neft və neft məhsullarının 70 faizə qədəri Bakıda istehsal olunurdu və demək olar ki, Sovet ordusunun bütün hərbi texnikası Bakı neftilə işləyirdi”.
Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan A.Fərzəliyev “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlətimizin başçısı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını qeyd etmişdir. Bildirmişdir ki, sahəsi 11 min 220 kvadratmetr olan ərazidə o illərdə Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman döyüşçü və 29 Qarabağ müharibəsi şəhidi dəfn olunmuşdur. Dəfn olunanlar arasında müxtəlif xalqların nümayəndələri vardır.
A.Fərzəliyev Nərimanov rayonunda yaşayan 1941-1945-ci illər müharibəsinin beş veteranına Qələbənin 66-cı ildönümü ilə bağlı mənzil verildiyini demişdir.
Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına diqqət və qayğı artmış və Qələbə Günü Azərbaycanda daha möhtəşəm qeyd olunmağa başlanmışdır. Natiq bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulamışdır. S.Novruzov Azərbaycanın müharibə illərində qələbəyə verdiyi töhfələri xatırladaraq Bakıya qəhrəman-şəhər statusu verilməsinin gələcəkdə mümkün olacağına ümid etdiyini bildirmişdir.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan dövləti rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini qeyd etmişdir. O, Azərbaycanın müharibə illərində verdiyi töhfələri böyük qəhrəmanlıq adlandırmışdır.
Tədbirdə müharibə veteranları çıxış edərək dövlətimizin rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
Sonra tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri düzmüşlər.