Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü İndoneziyada qeyd edilmişdir

Mayın 9-da Cakartadakı “Alila” otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir və “Azerbaijan Album” kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın İndoneziya və eyni zamanda Filippindəki səfirliyindən  bildirmişlər ki, səfir İ.Hacıyev ulu öndər Heydər Əliyevin müasir dövlətimizin qurulması və inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. O, ümummilli liderin daxili və xarici siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin ölkəmizi regionun aparıcı dövlətinə çevirdiyini, respublikamızın dünyada nüfuzunu artırdığını, beynəlxalq layihələrin həyata keçirilməsində Azərbaycanın mövqeyini möhkəmləndirdiyini qeyd etmişdir.
Səfir Ermənistanın ölkəmizə hərbi təcavüzünə toxunaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonun erməni işğalı altında olduğunu, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin düşərək qaçqın və köçkün həyatı yaşadığını, Prezident İlham Əliyevin məqsədyönlü syasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunmasına inam ifadə etmiş, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
Görüşdə ANTARA dövlət agentliyinin və digər KİV-lərin nümayəndələri iştirak etmişlər.