Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin əks olunduğu nadir kitablar
Təbriz Mərkəzi Kitabxanasına təqdim edilmişdir
 
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə Təbriz Mərkəzi Kitabxanasında olmuşdur.
Kitabxana ilə tanışlıqdan sonra ümummilli lider Heydər Əliyevin şərəfli ömür yoluna - yarım əsrə yaxın dövrü əhatə edən zəngin siyasi fəaliyyətinə, həmçinin Azərbaycan həqiqətlərinə və Dağlıq Qarabağ münaqişəsinə dair kitab və digər əyani materiallar kitabxanaya hədiyyə edilmişdir.
Kitabxana ilə tanışlıqda İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Şərqi Azərbaycan vilayəti üzrə İdarəsinin baş direktoru Əli Danəndə, bu ölkənin Xarici İşıər Nazirliyinin Şimal-Qərb bölgəsi üzrə nümayəndəliyinin əməkdaşı, kitabxanın direktoru və digər məsul şəxs iştirak etmişlər.
Baş konsul kitabxananın şöbə və bölmələri, oxu zalları, laboratoriyası, eləcə də gözdən əlillər üçün yaradılmış oxu zalı və qədim əlyazmaların saxlandığı otaqlarla tanış olmuşdur. Məlumat verilmişdir ki, kitabxananın xarici ədəbiyyat bölməsində Azərbaycan dili də daxil olmaqla 11 dildə olan kitablar bu bölmədə saxlanılır. Azərbaycan dilində olan qiymətli ədəbiyyat nümunələrinə baxan baş konsul kitabların mövcudluğundan məmnun qaldığını bildirmişdir. O, özü ilə bir sıra nəşrlər gətirdiyini, mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün tamam olduğunu qeyd edərək, bu məqsədlə onun həyat və fəaliyyətinə dair kitabları, həmçinin cari ildə ölkəmizin müstəqilliyinin bərpasının 20-ci illiyinin bayram ediləcəyini xatırladaraq, Azərbaycan həqiqətlərinə və Dağlıq Qarabağ münaqişəsinə dair fars və digər xarici dillərdə olan bir sıra kitabları baş konsulluğun adından kitabxanaya təqdim etmişdir. O, bu kitabların kitabxananın fonduna daxil edilməsini xahiş etmişdir. Kitabxanaya, həmçinin bir sıra bədii ədəbiyyat, jurnal və bukletlər də təqdim olunmuşdur.
Kitabxananın direktoru təqdim olunan kitab və digər əyani materiallara görə dərin təşəkkürünü bildirmiş, kitabxananın oxucu biletini Ə.Əlizadəyə, həmçinin baş konsulluğun əməkdaşlarına təqdim etmişdir. Direktor onları kitabxanadan mütəmadi istifadə etməyə dəvət etmişdir.
Tanışlıqdan sonra kitabxananın görüş otağında Əli Danəndə və digər nümayəndələrin iştirakı ilə keçirilən görüşdə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan mədəni əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Baş konsul Azərbaycanın Milli Kitabxanasının fəaliyyəti və strukturu, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində ermənilər tərəfindən məhv edilmiş kitabxana və digər mədəniyyət müəssisələri haqqında məlumat vermişdir. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Təbriz Mərkəzi Kitabxanası ilə mövcud əlaqələrindən, ötən ilin noyabrında baş konsulluğun dəstəyi ilə həmin kitabxananın nümayəndələri tərəfindən “Heydər Əliyev və Azərbaycan elmi” kitabının Təbriz Mərkəzi Kitabxanasında keçirilmiş təqdimat mərasimindən söhbət açılmışdır. Baş konsulluğun dəstəyi ilə bu yaxınlarda “Cavid Hikməti” seçmə aforizmlərinin fars dilinə tərcümə edildiyi bildirilmiş və çap olunduqdan sonra həmin kitabdan da bir neçə nüsxənin Təbriz Mərləzi Kitabxanasına təqdim ediləcəyi diqqətə çatdırılmışdır.
Əli Danəndə hədiyyə olunan kitablara görə təşəkkür etmiş, İranda və onun Təbriz şəhərində keçirilmiş Azərbaycan Respublikasının Mədəniyyət Günlərini xatırladaraq, cari ilin oktyabrında Azərbaycanda keçirilicək İran Mədəniyyəti Günlərinə hazırlaşdıqlarını bildirmiş və bu mədəniyyət günlərində Təbriz Mərkəzi Kitabxanasının nümayəndələrinin də iştirak edəcəyini vurğulamışdır. Baş direktor əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini söyləmiş və kitabxanalar arasında nəşrlərin qarşılıqlı mübadiləsinin də keçirilə biləcəyini qeyd etmişdir.