Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində tədbir keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbir iştırakçıları səfirliyin zalında xüsusi olaraq hazırlanmış, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən materiallardan ibarət Heydər Əliyev guşəsini ziyarət etmiş və buradakı sənədlərlə tanış olmuşlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni və ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səfir T.Abdullayev çıxış edərək dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun dünya siyasətində xüsusi yeri, Azərbaycanın dövlətçilik ənənələrinin yaradılması, qorunması və inkişaf etdirilməsində əvəzsiz rolu, dünyanın müxtəlif guşələrində məskunlaşmış soydaşlarımızın birliyi naminə atdığı addımlar haqqında məlumat vermiş, ulu öndərin SSRİ kimi nəhəng dövlətin başında duran şəxsiyyətlər arasında ilk azərbaycanlı olmasını xatırlatmışdır.
T.Abdullayev ulu öndər Heydər Əliyevin 1993-cü ildə, Azərbaycanın çox çətin vəziyyətində, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı bir zamanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra ölkəmizin əldə etdiyi uğurlar və ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir ulu öndər Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləmişdir.