Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Milli Məclisin deputatı BMT-nin Baş katibi ilə görüşmüşdür
 
Milli Məclisin deputatı, AŞPA-nın Qadın kişi bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva İstanbulda iştirak etdiyi Ümundünya Qadın Sammiti çərçivəsində BMT-nin Baş katibi Pan Gi Munla görüşmüşdür.
Görüşdə Q.Paşayeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri terror aktlarını, soyqırımları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini, 1 milyondan çox azərbaycanlının 20 ilə yaxındır ki, öz yudr-yuvasına dönməsinə imkan verməməsini özündə əks etdirən kitabları və materialları Baş katibə təqdim etmiş, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini artırılmasının vacibliyini vurğulamışdır.
Milli Məclisin deputatı Sammitdə iştirak etmək üçün İstanbula gəlmiş qadınlarla da görüşmüşdür. Q. Paşayeva onlara Ermənistanın 19 il əvvəl mayın 8-də Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi sayılan Şuşanı işğal etdiyini, burada azərbaycanlılara məxsus bütün tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini və erməni vandalizmini sübut edən digər materiallar təqdim etmişdir.