Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Şuşanın işğalından 19 il keçir

Azərbaycanın tarixi mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 19-cu ildönümü “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması” İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd olunmuşdur.
Mayın 8-də Şuşa ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, icmanın idarə heyətinin üzvləri, respublikamızın tanınmış ziyalıları Şəhidlər xiyabanını ziyarət etmişlər. Əbədi məşəl önünə əklil qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı mübarizədə həyatlarını qurban vermiş və burada uyuyan Vətən övladlarının, o cümlədən şuşalıların məzarları üzərinə qərənfillər düzülmüşdür.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında bildirmişdir ki, şuşalılar doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Onlar dövlətimizin başçısı İlham Əliyevin münaqişənin həlli ilə bağlı danışıqlardakı mövqeyini dəstəkləyir, Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hazırdırlar.
Xatırladaq ki, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 24 min 900 nəfər əhali yaşayırdı. Şəhərin işğalı zamanı 193 nəfər şəhid, 102 nəfər isə əlil olmuşdur. Erməni işğalçıları tərəfindən 27 sənaye və tikinti obyekti, 103 mədəni-məişət obyekti, 31 şəhər, qəsəbə və kənd, 249 tarixi abidə və muzey, 17 tarixi abidə dağıdılmış və yandırılmışdır. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, minə yaxın eksponatı olan Qarabağ Dövlət Tarix Muzeyinin bənzərsiz eksponatları talan edilmişdir. Ermənilər Şuşada təkcə insanlara güllə atmamış, həm də dünya mədəniyyətinin inciləri və dahilərindən olan tanınmış azərbaycanlıların heykəllərini də gülləbaran etmiş, yararsız hala salmışlar.