Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Vətəndən uzaqda Şuşa həsrəti

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən zəbt edilməsindən 19 il ötür. 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi qüvvələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat həyata keçirərək, şəhəri kütləvi artilleriya atəşinə tutmuş, daha sonra isə üç istiqamətdən hücuma keçmişdilər. Hücum Rusiyanın ermənilərə verdiyi 366-cı motoatcıı alayının 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilimişdi.
ABŞ-da yaşayan azərbaycanlılar Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı yenidən xüsusi məlumatlandırma kampaniyası keçirmişlər. Artıq dördüncü ildir ki, diasporumuzun üzvləri yaşadıqları ştatları ABŞ Konqresində təmsil edən nümayəndələrə, federal və yerli hökumətin bütün qollarına, kütləvi media vasitələrinə yüzlərlə məktub göndərərək Şuşanın işğalı günü ərəfəsində Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən zəbt edilməsi və tutulan ərazilərdə Azərbaycan mənşəli əhaliyə qarşı etnik təmizləmə siyasəti aparılması faktlarını gətirirlər. Soydaşlarımız Şuşa şəhərinin tarixən Azərbaycanın siyasi, iqtisadi və mədəniyyət mərkəzlərindən biri olması ilə yanaşı, xalqımızın azadlıq və istiqlaliyyat rəmzi, mədəniyyət beşiyi, bütün Qafqaz bölgəsinin “konservatoriyasi” adlandırıldığını da diqqətə çatdırırlar. Belə məktublardan biri bu il Konnektikut ştatının yerli qəzetində çap edilmişdir. Merilend ştatının senatoru Barbara Mikulski isə Azərbaycan mənşəli seçicilərinə BMT-nin Azərbaycanla bağlı qətnamələri barədə onu məlumatlandırdıqlarına görə minnətdarlığını bildirmişdir. ABŞ Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun AzərTAc-a bildirdiyinə görə, eyniməzmunlu məktub kampaniyası Laçının işğalı günü - mayın 18-i tarixi ilə əlaqədar başlanmışdır. Ümumiyyətlə, Amerika azərbaycanlıları Ermənistan tərəfindən işğal edilən Azərbaycan Respublikasının suveren torpaqlarının hər bölgəsinə dair kampaniya keçirir. O demişdir: “Hər kampaniya ilə Amerika hökumət strukturları və ictimayyəti arasında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalı barədə məlumatı bir az da artırırıq. Şəbəkə üzvlərinin müraciətləri çoxsaylı qəzetlərdə nəşr olunur, konqresmen və senatorların diqqətini cəlb edir. Amerika azərbaycanlıları ABŞ hökumətindən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin həyata keçirilməsi, erməni işğalının dayandırılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin evlərinə qaytarılması, Naxçıvanın blokadasının aradan götürülməsi, münaqişə zamanı əsir götürülən və itkin düşən azərbaycanlıların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etməyə çağırırlar. Mayın 8-i dünyada yaşayan 40 milyon azərbaycanlı kimi ABŞ azərbaycanlıları üçün də kədərli gündür. Tək Azərbaycan xalqı deyil, bütün dünya Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı kimi tanıyır. Mədəni və musiqi irsimizin formalaşmasında neçə-neçə Şuşa yetirmələrinin böyük rolu var. Amerikada yaşayan hər bir azərbaycanlı Vətəndən uzaqda milli musiqiyə qulaq asdığı hər an Şuşanı xatırlamaya bilməz.”
Vaşinqtonda fəaliyyət göstərən ABŞ-ın Qarabağ Fondu mayın 8-i ərəfəsində Şuşa şəhərinin irsini Amerika ictimayyətinə çatdırmaq məqsədi ilə bir sıra layihələr həyata keçirmişdir. Bunlardan biri, hələ mart ayında nəşr edilən təqvimdir. “Qarabağ: Keçmişə və Gələcəyə Baxış” adlanan bu təqvim Azərbaycanın Qarabağ bölgəsinin keçmişini və özünəməxsus ruhunu ifadə edir. Təqvimin səhifələrində Şuşanın mühüm tarixi memarlıq abidələri əks etdirilir. O cümlədən, Gəncə Qapısı, Qırx pilləkən, Aşağı Gövhər Ağa Məscidi, İbrahim xanın qızı şairə Ağabəyim Ağanın qalası, Qarabağ xalçaları, Üzeyir Hacıbəyli, Seyid Şuşinskinin şəkilləri burada yer tapmışdır. Fond tərəfindən seçilmiş bu mövzular Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu aydın nümayiş etdirir. Digər layihə üzrə ABŞ-da Şuşanın irsini və əsrarəngiz təbətini əks etdirən altı poçt markası buraxılmışdır. Qarabağ Fondunun Vaşinqtondakı yerli radio dalğasında efirə çıxan “Azərbaycan Radio Saatı”- proqramının 8 may buraxılışı Şuşanın işğalı, şəhərin Azərbaycan mədəni irsində yeri və BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qərarlarına həsr edilmişdir.
Şuşanın işğalı gününü təqvimdə 19-cu dəfə vərəqləyənlərdən biri də gənc həmvətənimiz Pənah İbrahimovdur. ABŞ paytaxtında Qarabağa dair keçirilən müzakirələrdə, aksiyalarda tez-tez iştirak edən Pənah ailəsi ilə birlikdə Şuşanı tərk edəndə cəmi 7 yaşı var idi. Vətəndən uzaqda Şuşa həsrəti, doğma yurdunun son xatirələri ilə bağlı Pənah İbrahimov AzərTAc-a bunları demişdir:
“Ən son xatirələrim şəhərdə olan təhlükəli vəziyyətlə bağlıdır. Demək olar ki, hər gün Şuşaya hücum olurdu, mərmilər yağdırılırdı. Yadımdadır, atam hamıya evin aşağı mərtəbəsində qalmağı və divarlara yaxın durmağı tapşırırdı, küçəyə çıxmağa, xüsusilə də gündüz vaxtı çöldə olmağa qoymurdu. Müəyyən vaxtdan sonra bunlar artıq qorxulu gəlmirdi, çünki hamı belə şəraitə alışmışdı. Bir gün səhər ayılanda atamın anama bizdən bir az aralıda yerləşən qohumlarımızın evinə mərmi düşdüyünü söyləməsini eşitdim. Həmin vaxt qərara aldıq ki, təhlükəsizlik üçün şəhəri müvəqqəti tərk edək. Əvvəl Bərdədə olan qohumlarımızın evinə, oradan isə Bakıya getdik. Amma, atam ondan sonra hələ neçə dəfə Şuşaya gedib-gəlirdi. Çünki baş verənləri öz gözləri ilə görmək istəyirdi. Hamımız inanırdıq ki, bunlar müvəqqəti hadisələrdir və biz, tezliklə evə dönəcəyik. Lakin, təəssüf ki, 19 il üstündən keçəndən sonra, hələ də dönməmişik. Mən oxumağa Şuşa məktəbində başlamışdım. Amma, heç əlifbanı belə bitirməyə imkanımız olmadı. Məktəbdə də müəlimlərimiz bizə ehtiyatlı olmağı, valideynlərimiz gələnə qədər çölə çıxmamağı tapşırırdılar. Bu gün, həqiqətən də, hamımız üçün kədərli bir gündür. Şuşa barədə bacardığım qədər, Amerikadakı dost-tanışlarıma danışıram. Orada bitən qeyri-adi Xarı BülBül gülü haqqında, gözəl təbiəti, bulaqları, bölgənin hər yerindən dərdlərinə dərman tapmaq üçün Turşsu, İsa Bulağı, Daşaltı və Cıdır Düzünə gələn turistlərdən danışıram. Deyirəm ki, Şuşanın iqlimini Davosa bənzədirdilər. Hava həmişə gözəl və sabit keçirdi. Biz, Şuşaya mütləq qayıdacayıq. Əlbəttə, heç kim müharibə istəmir. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev münaqişəni dinc yolla həll etmək istiqamətində gərgin işləyir. Lakin o, nə vaxtsa desə ki, “biz Şuşanı geri almalıyıq” mən bir an belə burada qalmayaraq geri dönəcəyəm. Onun çağırışına hay verib, doğma torpaqlarımızı azad etməyə gedəcəyəm. Şuşa mənim Vətənim, gələcək nəsillərə ötürməli olduğumuz milli mənəviyyatımızın vacib bir hissəsidir.”