Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Aktauda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə
əlaqədar mərasim keçirilmişdir

Azərbaycanın Aktaudakı baş konsulluğu Mangistau vilayəti üzrə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə RENEISSANSE-Aktau hotelində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı mərasim keçirmişlər. Tədbirdə diasporumuzun üzvləri, Aktauda təhsil alan azərbaycanlı tələbələr, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mərasim keçirilən salonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi və ulu öndər haqqında nəşr olunmuş kitablar nümayiş etdirilmişdir.
Tədbirin əvvəlində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçiliyimizin möhkəmlənməsi və dünya dövlətləri arasında öz layiqli yerini tutması sahəsindəki xidmətlərindən danışmışdır.
R.Məmmədov müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətçiliyimizin qorunması sahəsində gördüyü işlər, aparılan iqtisadi islahatlar və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat vermişdir.
“Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev, Qazaxıstan Jurnalistlər İttifaqının üzvü, “Lada” qəzetinin müxbiri Nataliya Zaderetskaya, Azərbaycan diasporunun nümayəndələri-həkim Vaqif Nağıyev, şair Rövşən Həsənov çıxış edərək, böyük şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin fəaliyyətindən, Azərbaycanın inkişafı sahəsində göstərdiyi xidmətlərdən danışmışlar.
Çıxışlardan sonra, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.