Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Böyük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə Səbail rayonunda veteranlarla görüş keçirilmişdir

1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta məktəblərində veteranların iştirakı ilə bir sıra tədbirlər keçirilmişdir.
Rayonun mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında Böyük Vətən müharibəsində Qələbənin 66 illiyinə həsr edilmiş sərgilər təşkil olunmuş, rayon ərazisində müharibə qəhrəmanlarının şərəfinə abidələrin ucaldığı parklarda təmir işləri aparılmışdır.
Tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin və ictimaiyyətinin nümayəndələrinin veteranlarla görüşü də olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov veteranları təbrik etmişdir. Bildirmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədə Azərbaycan xalqının da böyük xidmətləri olmuşdur. Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Kiyev və digər şəhərlər, Qafqaz uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan oğulları igidlik göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuşdur.
Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər sayəsində müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.
Qələbənin 66 illiyi ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardımın verilməsi dövlətimizin başçısının veteranlara qayğısının bariz nümunəsidir. Əlamətdar bayram ərəfəsində bir qrup veterana, o cümlədən Səbail rayonu sakini olan beş nəfərə yeni mənzillərin verilməsi onları xüsusilə sevindirmişdir.
Tədbirdə çıxış edən veteranlar müharibə ilə bağlı xatirələrini bölüşmüş, onlara göstərilən diqqət və qayğıya ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda veteranlara maddi yardım və hədiyyələr təqdim olunmuşdur.