Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
YAP Suraxanı rayon təşkilatının gənclər birliyi “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirmişdir

YAP Suraxanı rayon təşkilatının qərargahında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, YAP rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Təşkilatın sədri Vüqar Seyidov ötən əsrin 90-cı illərinin əvvəllərinə qısa ekskurs etmişdir. O, müstəqilliyini yenicə bərpa etmiş respublikada baş verən hadisələri, vətəndaş müharibəsi təhlükəsini xatırlatmışdır. Xalqın tələbi ilə hakimiyyətə qayıdan müdrik siyasətçi Heydər Əliyevin xilaskarlıq missiyasından danışmış, onun səyi ilə respublikamızda ictimai-siyasi sabitlik, əmin-amanlıq və demokratik mühitin yarandığını, siyasi və iqtisadi islahatlar aparıldığını, bütün sahələrdə olduğu kimi, idman və gənclərlə iş sahəsində də ciddi dönüş yarandığını, hazırda bu işin uğurla davam etdirildiyini vurğulamışdır.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etmişdir ki, müstəqil Azərbaycanın varlığı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin gördüyü işlərdən çox danışmaq olar… Natiq ulu öndərin ideyalarının gənclərin tərbiyəsi və gələcək inkişafı üçün çox böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmış, görkəmli şəxsiyyətlə bağlı xatirələrindən söz açmışdır. “Mən hələ 23 yaşında qəzet redaktoru olduğum vaxt ulu öndər Heydər Əliyevlə görüşmüş, ondan müsahibə götürmüşəm. Bu xoşbəxtlik mənə nəsib olmuşdur. Təbii ki, dahi rəhbər hər zaman gənclərə diqqət və qayğı ilə yanaşmış, onların problemləri ilə maraqlanmışdır. Ulu öndər gənc kadrların hazırlanmasını da həmişə diqqətdə saxlamışdır. Hələ keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin nümayəndələri ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almışlar”, - deyə o bildirmişdir.
Vüqar Rəhimzadənin sözlərinə görə, bu gün Azərbaycanın sürətli inkişafının əsasında Heydər Əliyev ideyaları dayanır. Bu ideyalar, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əgər müstəqilliyin ilk illərində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı idisə, bu gün o təşkilatlar ölkəmizlə qarşılıqlı münasibətlər qurmağa can atırlar. Artıq dünya birliyinə daxil olan Azərbaycan beynəlxalq aləmdə söz, nüfuz sahibidir. Bütün bu uğurların əsasında isə Heydər Əliyev ideyaları dayanır.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva da çıxışında Heydər Əliyev ideyalarının əhəmiyyətindən bəhs etmiş, onun həyata keçirdiyi siyasətin, Azərbaycanın inkişafı naminə gördüyü işlərin hər bir gənc üçün örnək olduğunu vurğulamışdır.
Tədbir iştirakçıları Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun da ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini maraqla dinləmişlər.
YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Zəkiyyə Musayeva, idarə heyətinin üzvü Raul Fərəcov, Respublika Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov Heydər Əliyev ideyalarından, ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açmışlar.
Sonra ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə məktəblilər arasında ingilis dilində keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.