Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Səbail rayonunda toplantı keçirilmişdir

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Səbail rayon təşkilatının toplantısı keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik dövlət xadimi olması artıq tarixin özü tərəfindən təsdiqlənmişdir. Ümummilli lider Azərbaycanın inkişafı və tərəqqisi üçün zəmin yaratmışdır. Dahi şəxsiyyət hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır, müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranlarına və şəhid ailələrinə ehtiram və qayğı gündən-günə artır, onların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının gənclərə, xüsusilə əsgərlərimizə aşılanmasında müharibə veteranlarının da böyük rolu olduğunu vurğulayan A.Əsgərov onlara bu işlərdə uğurlar arzulamış, ulu öndərin anadan olmasının ildönümü ərəfəsində Səbail rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat vermişdir.
Toplantıda YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Rasim Mirzəyev və başqaları ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və möhkəmlənməsi, ölkə iqtisadiyyatının dirçəldilməsi, dövlət və ordu quruculuğu sahəsində gördüyü işlərdən danışmışlar.
AVMVB Səbail rayon şöbəsinin sədri İ.Əliyev də ümummilli lider Heydər Əliyevin müstəqilliyini yenicə bərpa etmiş respublikamızın qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında göstərdiyi misilsiz xidmətlərindən söz açmışdır.
Toplantıda bir qrup veterana YAP-ın üzvlük biletləri təqdim olunmuşdur.
Sonda veteranlar işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə azad edilməsinə hər zaman hazır olduqlarını bildirmişlər.