Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Argentinada ispan dilində nəşr olunmuş “İRS Herencia” jurnalının təqdimatı keçirilmişdir

“İRS” jurnalının Argentinada nəşr edilmiş ispandilli “İRS Herencia” versiyasının “Sirli səslər məkanı Azərbaycan” adlı ilk nömrəsinin təqdimatı olmuşdur.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, 200-dək iştirakçının qatıldığı mərasim Azərbaycanın Argentinadakı səfirliyinin respublikamızın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər və Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində keçirilmişdir.
Mərasimdə ölkəmizin Argentinadakı səfiri Məmməd Əhmədzadə vurğulamışdır ki, diplomatik nümayəndəliyimiz ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafı və Azərbaycan həqiqətlərinin Argentinada, habelə Cənubi Amerikada tanıdılması istiqamətində çalışır.
Diplomat Azərbaycanın ilk dəfə dünyanın ən iri nəşriyyat və mədəniyyət tədbirlərindən olan Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirak etdiyini qeyd edərək vurğulamışdır ki, bu günlər ərzində buradakı Azərbaycan stendi ilə minlərlə ziyarətçi tanış olmuşdur. Bu tanışlığın davamı olaraq Azərbaycan həqiqətlərinin dünyada təbliğində böyük xidmətləri olmuş “İRS” jurnalının Argentinada ispan dilində “İRS Herencia” adı ilə nəşrinə başlandığını deyən səfir bu jurnalın dünyanın ispandilli ölkələrində Azərbaycan həqiqətlərinin, qədim və zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğinə yardımçı olacağını bildirmişdir.
Argentinanın Milli Elmi Texniki Araşdırmalar Mərkəzinin (CONİCET) tədqiqatçısı və Buenos-Ayres Universitetinin müəllimi, mədəniyyətlərarası dialoq üzrə ekspert Veronika Gimenez Belivaou isə 2009-cu ildə Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək azərbaycanlıların qonaqpərvər və öz zəngin ənənələri ilə fəxr edən xalq olduğunu qeyd etmişdir. O, Azərbaycanın qədim tarixi-mədəni irsə malik ölkə, müxtəlif icmaların dost və mehriban şəraitdə yaşadığı tolerantlıq nümunəsi olduğunu və bütün sahələrdə əhəmiyyətli inkişaf dövrünü yaşadığını bildirmişdir.
Sonra “İRS Herencia” jurnalının baş redaktoru Musa Mərcanlı çıxış etmişdir.
Beynəlxalq Kitab Yarmarkasının geniş ictimaiyyətə açıq olmasından istifadə edərək oraya daxil olmuş Argentina erməni icmasının nümayəndələrinin jurnalın təqdimat mərasimini pozmaq cəhdləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı suallarının qarşısı M.Əhmədzadənin tutarlı cavabı, tədbirdə iştirak edən Argentina ictimaiyyətinin nümayəndələrinin qınağı və təzyiqi nəticəsində alınmışdır. Nəticədə erməni mənşəli şəxslər tədbirin sonuna qədər Azərbaycan həqiqətlərini səssiz-səmirsiz şəkildə dinləmək məcburiyyətində qalmışlar.