Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Elnur Aslanov: “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ölkəmizin modernləşmə xəttinin təcəssümü olmalıdır

Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Dövlət Teleqraf Agentliyi - verdiyi müsahibəsində Azərbaycan gəncliyinin inkişafı və gənc nəslin qarşısında duran əsas vəzifələrlə əlaqədar bir sıra aktual məsələləri şərh etmişdir.
- Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanır. Sizin fikrinizcə, bu Proqramın əsas vəzifəsi nədən ibarətdir və həmin proqram həyata keçirilməyə başlayandan sonra Azərbaycan gənclərinin inkişafında nə dərəcədə ciddi təkan gözlənilir?
- Son illərdə Azərbaycan siyasi, iqtisadi və sosiomədəni baxımdan intensiv inkişaf edir. Hərçənd, sosial-iqtisadi xarakterli problemlərin, eləcə də yeni nəslin intellektual inkişafı ilə əlaqədar məsələlərin hərfi mənada hamısının həll edilməsi barədə danışmaq, ola bilsin ki, hələ tezdir. Çoxlu layihələr və təşəbbüslər reallaşdırılmış, çox iş görülmüşdür, lakin hələ də təxirə salınmadan həll edilməsi tələb olunan məsələlər vardır.
Aristotel deyirdi ki, cəmiyyəti idarə edən dövlətin məqsədi vətəndaşların xoşbəxtliyidir. Bu xoşbəxtlik isə, əlbəttə, rifah vasitəsilə, ümdə problemlərin həlli, arzu olunan gələcəyin təmin edilməsi yolu ilə əldə edilir. Bu baxımdan, dövlət siyasətinin əsas qayəsi yeni “Rifah dövləti”nin yaradılması, sosial ədalətin təmin edilməsi və insanların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Bu, liberal konsepsiyanın inkarını deyil, mövcud bazar münasibətlərinin təkmilləşdirilməsini və dövlətin zəruri müdaxiləsini tələb edir.
Məhz bu postulatları əsas tutaraq son onillikdə ölkəmizdə bir sıra səmərəli proqram həyata keçirilmişdir. Məsələn, 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış, bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir. Lakin 2005-ci ildə Dövlət Proqramında qarşıya qoyulan vəzifələr bu gün, o vaxtdan 6 il keçəndən sonra dəyişmiş, transformasiyaya məruz qalmışdır.
Əvvəlki Proqramın xeyli hissəsi uğurla reallaşdırılmışdır, onun bəzi bəndləri həyata keçirilməkdədir. Çünki həmin bəndlər daha uzun müddət tələb edir, bəzi məsələlər isə cəmiyyətdə yalnız indi aktual məsələlər kimi qarşıya çıxır. Bu və ya digər məsələlərin həlli təkcə maliyyə vəsaiti deyil, həm də müvafiq şərait tələb edir. Buna görə də dövlət və cəmiyyət inkişaf etdikcə, sosial-iqtisadi mühit transformasiyaya uğradıqca, vətəndaşların maddi rifah səviyyəsi artdıqca, təbii ki, qarşıya yeni aktual məsələlər çıxacaqdır. Hər dövrün inkişaf tempi və xüsusiyyətlərinə uyğun olaraq tələblər və çağırışlar meydana gəlir. Biz bu çağırışları aradan qaldırmaq üçün əlverişli şərait yaratmalıyıq və zəruri vasitələrə malik olmalıyıq. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əsas məqsədi və vəzifəsi gənclərin sosial, iqtisadi problemlərinin həlli mexanizmlərini, onların intellektual mühitini təkmilləşdirməyə imkan verən şərait yaratmaqdır. Bu, əlbəttə, geniş və hərtərəfli yanaşmanın məhsuludur.
Maddi baza ilə yanaşı, müvafiq kadr potensialımız da olmalıdır və əminəm ki, ölkəmizdəki gənc intellektual və kreativ insanlar, eləcə də bu gün xaricdə təhsil alanlar qarşıya qoyulan məsələlərin reallaşması üçün dayaq olacaqlar.
Eyni zamanda, Proqramda Azərbaycan gənclərinin intellektual, yaradıcı, fiziki, hərbi-vətənpərvərlik tərbiyəsi məsələlərinə böyük əhəmiyyət veriləcəkdir. Prezident dəqiq vəzifələr qarşıya qoymuşdur – proqram canlı, konkret və dürüst olmalıdır. O, ölkəmizin modernləşmə xəttinin təcəssümü olmalıdır.
-Azərbaycan dövləti gənc nəslin qarşısında hansı əsas vəzifələri qoyur? Yaxın gələcəkdə Azərbaycan gəncləri hansı məqsədlərə nail olmalıdır? Azərbaycan gənclərinin qarşısında duran əsas çağırışlar nədən ibarətdir?
- Gənclik ictimai tərəqqinin hərəkətverici qüvvəsidir. Gəncliyin enerjisi, intellekti, yaradıcı potensialı və kreativliyi yeni maraqlı və səmərəli layihələrin həyata keçirilməsi üçün zəruri şərait yaradır. Bu gün ölkəmizdə yaşı 29-a qədər olan vətəndaşların sayı 3 milyona yaxındır.
Bununla bərabər, Azərbaycan gənclərinin xeyli hissəsi ictimai təşkilatlarda həyata keçirilən müxtəlif layihələrə və təşəbbüslərə bu və ya digər formada cəlb edilmişdir. Əlbəttə, məqsəd ondan ibarət deyildir ki, bütün gənclər hər hansı ictimai və ya siyasi təşkilatlarda fəaliyyət göstərsin. Vəzifə ondan ibarətdir ki, proqram gənclərin nümayəndələrinin maksimum geniş dairəsini əhatə etsin. Gənclər sosial-iqtisadi inkişafın, transformasiyanın əsas elementi kimi Azərbaycanın inkişafına öz töhfələrini verməli, çalışdıqları sahələrdə peşəkarlıqları və uğurları ilə yeni inkişaf perspektivlərinin yaranmasına səbəb olmalıdırlar. Onlar cəmiyyətin hərəkətverici və aparıcı qüvvəsi kimi yeni texnologiyaların tətbiqinə, müasir elmi biliklərə yiyələnməyə və Azərbaycanı beynəlxalq arenada lazımınca təmsil etməyə daha həssasdırlar.
Dövlət proqramının hazırlanması üçün ictimai debatlar keçirilməyə başlanmışdır. Bu cür debatlar ayda bir neçə dəfə keçirilir. Biz ilk debatlarda informasiya cəmiyyəti şəraitində gənclərin rolu barədə danışdıq, nəyin olması və nəyin çatışmaması məsələlərini müzakirə etdik. Etiraf etməliyəm ki, xeyli maraqlı və çox ümdə təkliflər səsləndi: elektron kitabxanaların sayının artırılması zərurətindən başlamış, regionlarda internetin inkişafı yollarına qədər.
Məsələn, mən hər bir debatda 15-ə yaxın işgüzar və səmərəli təklif qeydə alıram. Həmin təkliflər dövlət proqramının hazırlanması üzrə işçi qrupun müzakirəsinə çıxarıla bilər. Monteskyö deyir ki, yaxşılıq etmək yaxşı etməkdən min dəfə asandır. Buna görə də biz bütün təklifləri dinləyib qarşıya qoyulan məqsədlərə nail olmağın ən optimal yollarını araşdıracağıq.
Biz xüsusi elektron ünvan açmışıq. Gənclər öz təkliflərini həmin ünvana (dp2011@mys.gov.az) göndərə bilərlər. Prezident Administrasiyasının Twitter ünvanı vasitəsilə gəncləri və ümumiyyətlə, bütün ictimaiyyəti işçi qrupun iclaslarında müzakirə edilən məsələlər barədə məlumatlandırırıq. Bu gün gənclər arasında ünsiyyət vasitələri şaxələnmiş və sadələşmişdir. Qloballaşan müasir dünyada məsafə anlayışının öz əhəmiyyətini itirməsi məhz yeni texnologiyaların gündəlik həyatımızın ayrılmaz bir elementinə çevrilməsinə bağlıdır. Azərbaycan informasiya kommunikasiya texnologiyalarının inkişafını prioritet sahə etməklə həm iqtisadi fəaliyyətin yeni sferalarını təyin edir, həm də gənclərin müxtəlif sosial şəbəkələr (Facebook, Twitter) vasitəsilə inteqrasiyasına, onların müasir dövrün çağırışlarına cavab verən yetkin gənc kimi formalaşmasına töhfə verir.
Ümumiyyətlə, təhsil səviyyəsinin artırılması, Azərbaycan gənclərinin nümayəndələri üçün yeni təhsil modelləri yaradılması, xaricdə oxuyan gənclər ölkəmizə qayıtdıqdan sonra onların təhsil prosesinə cəlb edilməsi dövlət üçün vacib məsələlərdir. Bu mühüm missiya təhsilin səviyyəsini təkmilləşdirməyə imkan verəcəkdir. Prezident İlham Əliyev gənclərlə görüşündə bu barədə konkret və ətraflı danışmışdır.
Müasir Azərbaycan gəncləri qlobal transformasiyalar və ümumdünya inteqrasiyasının intensivləşməsi dövründə formalaşan nəsildir. Buna görə də, Prezidentin qeyd etdiyi kimi, təhsilə maksimum diqqət yetirməklə yanaşı, proqramda böyüməkdə olan nəslin mənəvi-əxlaqi dəyərlərinin tərbiyə edilməsi məsələsinə də yer ayrılacaqdır. Qloballaşma, xarici qüvvələr tərəfindən milli xüsusiyyətləri ləğv etmək və “milli suverenitetin aradan qaldırılmasının” aktuallaşdırıldığı şəraitdə bu, mühüm aspektdir. Bu gün Azərbaycan gəncləri başa düşməlidirlər ki, ölkəmiz dəyişmişdir, indi o, hələ 15 il və ya 10 il bundan əvvəlki ölkədən əhəmiyyətli dərəcədə fərqlənir. Geosiyasi və geoiqtisadi determinant dəyişmişdir.
Əlbəttə, ölkənin iqtisadi və siyasi inkişaf səviyyəsi beynəlxalq sistemin bəzi aktorlarını narahat edir. Özü də bu, bizim kənar aktorlar tərəfindən idarə edilən məkan olduğumuz dövrə aid tarixi analogiyalarla bağlıdır.
Bu gün Azərbaycan gəncləri azad, müstəqil ölkədə yaşayırlar və Prezidentin qeyd etdiyi kimi, heç kəs şübhə etməməlidir ki, biz öz müstəqilliyimizi göz bəbəyimiz kimi qoruyacağıq. Gənclərin vəzifəsi qazanılmış uğurları qoruyub saxlamaq və artırmaqdır.
Eyni zamanda, Azərbaycan gənclərinin hər bir nümayəndəsi milli tarixin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tarixinin öyrənilməsinə xüsusi yer verməlidir. Biz uydurmalara əsaslanan erməni təşviqat və təbliğatının dünya birliyini çaşdırmasına yol verə bilmərik. Kommunikasiya işinin səmərəli təşkili həm erməni təbliğat maşınının yalanlarını üzə çıxarmağa, həm də Azərbaycanda gedən quruculuq işləri, inkişaf meyilləri haqqında dünya ictimaiyyətini obyektiv məlumatlandırmağa imkan verəcəkdir. Tarixi legitimlik, hüquqi leqallıq, ədalət Azərbaycanın tərəfindədir. Ermənilər bunu gözəl dərk edir, ona görə də mövcud reallığın təhrif olunmuş formada təbliği ilə məşğuldurlar. Lakin Azərbaycanın gözəl atalar sözü var, yalan ayaq tutar, amma yeriməz. Beynəlxalq təşkilatların qərarları, münaqişənin qiymətləndirilməsi və beynəlxalq tədqiqatçıların məsələyə yanaşması bunun bariz nümunəsidir. Gəncliyin hər bir nümayəndəsi bu münaqişə ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılması məsələsinə fəal kömək etməlidir.
Yuxarıda sadalanan məsələlərlə yanaşı, daha bir mühüm məqam vardır – gənclərin ideoloji hazırlığı məsələsi. Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də bu işdə marağı olan bəzi dairələrin fəaliyyəti fonunda Azərbaycan gəncləri indikindən qat-qat hazırlıqlı olmalıdır. Bunun üçün bizə yaxşı tarixçilər, strateqlər və pedaqoqlar lazımdır. Bismarkın dediklərini yaddan çıxarmaq olmaz: “Almaniya üçün Fransa ilə müharibəni əsgərlər deyil, müəllimlər udmuşlar”.
- Siz cənab Prezidentin Azərbaycan gənclərinin nümayəndələri ilə görüşündə iştirak etmisiniz. Sizin fikrinizcə, bu hadisənin əhəmiyyəti nədən ibarətdir və o, gənclərin Azərbaycan dövləti ilə qarşılıqlı münasibətlərinə necə təsir göstərə bilər?
- Azərbaycan Prezidenti İlham Əliyev gənclərlə bu formatda ilk dəfə görüşdü. Bundan əvvəl də dəfələrlə görüşlər olmuşdu, lakin onlar forma etibarilə bir qədər fərqli idi.
Çox vacibdir ki, Prezident görüşün lap əvvəlində son dərəcə aktual olan bir sıra tezisləri müəyyən etdi və diskussiyaya çox maraqlı bir ahəng verdi. Əlbəttə, gənclər də bu görüşə öz ideyaları və təklifləri ilə gəlmişdilər. Lakin Prezidentin maksimum dərəcədə açıq söhbət etmək istəyi bu görüşə səmərəli dialoq xarakteri verdi.
Söhbətin lap əvvəlində Prezident texniki peşə təhsili problemlərinə, təhsil məsələlərinə, Gənclər Fondunun yaradılması zəruriliyinə, millətin intellektual dirçəlişi problemlərinə, Azərbaycan dövlətçiliyinin ideoloji aspektlərinə toxunmuş, Bakıda beynəlxalq gənclər mərkəzi yaradılması ideyasını dəstəkləmişdir.
Gənclərin nümayəndələri isə görüşdə maraqlı və aktual problemlər qaldırdılar. Onların arasında təhsil mühitinin cavanlaşdırılması, ali məktəblərin rəhbərliyi ilə tələbə təşkilatlarının qarşılıqlı münasibətləri, ipoteka krediti verilməsi, qəza vəziyyətində olan məktəblərin problemləri, tələbə təqaüdləri, regionlardakı gənclərin problemləri vardı.
Prezident hər bir məsələ barədə öz fikrini söyləyir, bu və ya digər məsələlərin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına daxil edilməsi barədə dərhal tapşırıqlar verirdi. Bu, tarixi görüş oldu.
- Sizin fikrinizcə, bu gün Azərbaycan gənclərinin qarşısında həll edilməsi zəruri olan hansı problemlər vardır? Azərbaycan dövləti həmin problemləri necə həll etmək niyyətindədir?
- Məhz Azərbaycan gənclərinin problemlərinin həll edilməsi üçün Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması barədə Fərman imzalamış, işçi qrupu yaradılmışdır. Bu qrupa həm dövlət strukturlarının nümayəndələri, həm də gənclərin ən iri təşkilatlarının rəhbərləri daxildir.
Dövlət inkişaf etdikcə cəmiyyətin, o cümlədən gənclərin qarşısında duran məsələlər və çağırışlar da transformasiyaya məruz qalır. Onların forması dəyişərək dövrün tələblərinə uyğunlaşmağa başlayır.
1996-cı ilin fevral ayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş Azərbaycan gənclərinin birinci forumu yadımdadır. Təxminən 10 saat davam etmiş çıxışlarda və Heydər Əliyevin yekun nitqində növbəti onillik üçün Azərbaycanın dövlət gənclər siyasətinin əsas vektoru müəyyən edildi. O vaxt tamam başqa problemlər vardı, gəncləri tamamilə başqa məsələlər maraqlandırır və narahat edirdi. Zaman da dəyişir, çağırışlar da.
Prezident İlham Əliyev gənclərlə görüşdə bir sıra məsələlər barəsində öz iradəsini ifadə etmiş və vurğulamışdır ki, gənclərin intellektual fəaliyyətinə xüsusi diqqət yetirmək zəruridir.
Bu baxımdan regionlarda intellektual klublar yaradılması haqqında təklif dövlətimizin başçısı tərəfindən dəstəklənmişdir. Məhz bu sahənin uğurları dövlətimizin strategiyasının əsas məqsədini – neft kapitalının insan kapitalına çevrilməsi məqsədini həyata keçirməyə imkan verər.
Hələlik isə biz müvafiq təklifləri seçməklə məşğuluq və yəqin ki, ən yaxın vaxtlarda konkret addımlar atılacaqdır.