Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Torontoda Şimali Amerika Azərbaycanlı gənclərin AYNA şəbəkəsinin
birinci konfransı keçirilmişdir
 
Aprelin 30-da Toronto Universitetində (Kanada) Şimali Amerika Azərbaycanlı gənclərin AYNA şəbəkəsinin (Azerbaijani Youth of North America - AYNA Network) birinci konfransı keçirilmişdir. Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası (UofT-AzSA) və Azərbaycan-Amerika Şurası (AAC) tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, Albert və Vaterloo Universitetlərində təhsil alan azərbaycanlı tələbələr və Kanadanın Azərbaycan İcmasının nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə UofT-AzSA-nın prezidenti və AYNA şəbəkəsinin administratorlarından biri İsgəndər Qədirzadə açmışdır. O, AYNA şəbəkəsinin və bu tədbirin məqsədləri barədə məlumat vermişdir. Tədbir iştirakçıları 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin qurbanlarının xatirəsini bir dəqiqə sükutla yad etmişlər.
Konfransın birinci panelində Kanada Türk Federasiyasının nümayəndəsi İlke Hincer və Toronto Universiteti yanında Mərakeş Assosiasiyasının prezidenti Əbdülqadir Filaki çıxış etmişlər. Onlar Kanadanın Türkiyə və Mərakeş diasporlarının təcrübəsi və prioritetləri barədə məlumat vermiş, Azərbaycan icması ilə əməkdaşlığı möhkəmlətməyin zəruri olmasını qeyd etmişlər.
Konfransda əsas məruzə ilə Kanadanın tanınmış jurnalisti, “Barışmaz ziddiyyətlər: Türkiyə, Ermənistan, Azərbaycan” kitabının müəllifi Skott Teylor çıxış etmişdir. O, Ermənistan-Azərbaycan münaqişəsi regionuna səfərləri barədə məlumat vermiş, öz kitabı əsasında hazırlanmış sənədli filmi nümayiş etdirmişdir. S.Teylor Türkiyəyə və Azərbaycana münasibətdə, eləcə də regional münaqişələrin qurbanlarına münasibətdə ikili standartlar siyasətini tənqid etmişdir. Tədbirdə Skott Teylorun başqa əsərləri, o cümlədən onun İraq türkmənlərinin həyatından bəhs edən kitabı da təqdim edilmişdir.
İkinci paneldə AAC-nin baş direktoru doktor Cavid Hüseynov tarixi və müasir Azərbaycan identikliyi haqqında məruzə ilə çıxış etmişdir. O, auditoriyada toplaşanların diqqətini orta əsrlərdə Azərbaycan etnik-milli elementinin mövcud olmasını təsdiqləyən qərb mənbələrinə cəlb etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında artıq formalaşmış milli mənlik şüurunun rolu məsələsinə toxunmuş, Dağlıq Qarabağın AXC-yə mənsub olması barədə erməni və qərb mənbələrindən faktlar gətirmişdir.
Tədbirin xeyli hissəsi AYNA şəbəkəsinin qarşıdakı bir il üçün planlarının açıq müzakirəsinə həsr edilmişdir. Müzakirələrdə Toronto, Vaterloo və Albert universitetlərində təhsil alan tələbələr və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. AYNA şəbəkəsi Şimali Amerikada Azərbaycan gənclərinin peşəkar şəbəkəsini möhkəmlətmək məqsədi ilə ABŞ və Kanada universitetlərində silsilə tədbirləri davam etdirməyi planlaşdırır.