Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 33-cü cildi çapdan çıxmışdır

“Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti apardığı iqtisadi-sosial siyasət nəticəsində xalqın rifah halını ilbəil yaxşılaşdıracaqdır. Bizim indiyə qədər gördüyümüz işlər, iqtisadiyyatda yaratdığımız əsaslar, Azərbaycanın zəngin təbii sərvətlərinin artıq əməli surətdə xalqın mənafeyi üçün istifadə edilməsi – bunların hamısı onu göstərir və deməyə əsas verir ki, Azərbaycan xalqının, müstəqil Azərbaycanın çox xoşbəxt gələcəyi var. Mən bu gələcəyə inanıram və bu inamla da sizin etimadınızı doğrultmağa çalışıram. Azərbaycan xalqının rifah halını yaxşılaşdırmağa çalışıram. İnanıram ki, bunların hamısına nail olacağıq”.
Bu sətirlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 33-cü cildindən - Prezident Heydər Əliyevin 2001-ci il martın 21-də İçərişəhərdə ümumxalq Novruz bayramı şənliyindəki nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində Azərbaycan Respublikası Prezidentinin Fransaya, ABŞ-a işgüzar səfərləri zamanı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması barədə apardığı geniş müzakirələrin, keçirilən görüşlərin, həmçinin bu səfərlərin nəticəsində imzalanmış sənədlərin materialları və mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri toplanmışdır.
Bu cilddə, həmçinin ulu öndərin İstanbulda türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşündəki nitqi, Türkiyənin dövlət və hökumət başçıları ilə görüşləri, danışıqları, bölgəyə aid məsələlər, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanması haqqında materiallar öz əksini tapmışdır.
Kitabda Heydər Əliyevin Azərbaycana gələn Türkiyə, Ukrayna, Rusiya və İranın nüfuzlu dairələrinin nümayəndələri, Skandinaviya ölkələri və Rusiyanın bir qrup jurnalisti ilə söhbətləri, ölkədaxili ictimai-siyasi məsələlərə, respublikamızın sürətli tərəqqisinə, xalqımızın rifahı naminə aparılan iqtisadi və siyasi islahatlara həsr olunmuş materialları yer almışdır.
Yuxarıda qeyd edildiyi kimi, bu cilddəki materiallarda da ümummilli liderin Dağlıq Qarabağ probleminin həlli və münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyi öz əksini tapmışdır. Ulu öndər 2001-ci il aprelin 26-da türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşündəki nitqində demişdir: “Ermənistanın Azərbaycana hərbi təcavüzü xalqımıza böyük zərbələr vurmuşdur. Biz bu münaqişəni aradan qaldırmaq üçün var qüvvəmizlə çalışırıq. Hesab edirəm, bizim düşdüyümüz vəziyyətdən hamı nəticə çıxarmalıdır. Hər bir hərbi təcavüzün qarşısı vaxtında alınmalıdır və dünya birliyi belə təhlükələri aradan qaldırmaq üçün qəti tədbirlər görməlidir.
Separatizmin, terrorizmin, dini ekstremizmin qarşısını almaq üçün dünya birliyi, eləcə də türkdilli dövlətlər birliyi səmərəli birgə fəaliyyət göstərməlidirlər”.
AzərTAc-ın materialları əsasında hazırlanmış çoxcildliyin 2001-ci ilin mart-aprel aylarını əhatə edən bu kitabına da “Qeydlər”, “Şəxsi adlar göstəricisi” və “Coğrafi adlar göstəricisi” daxil edilmişdir.