Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti
Slovakiyada səfərdə olmuşdur

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkovanın dəvəti ilə aprelin 26-dan 29-dək Slovakiyada rəsmi səfərdə olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Slovakiya parlamentinin sədri, insan hüquqları üzrə səlahiyyətli müvəkkili (Ombudsman), Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə görüşlər keçirilmiş, nümayəndə heyəti dövlət başçısı tərəfindən qəbul edilmişdir.
Parlamentin sədri Rixard Suliklə görüşdə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində parlamentlə Konstitusiya Məhkəməsi arasında qarşılıqlı əlaqələr, qəbul olunan qanunların Konstitusiyaya uyğunlaşdırılması və məhkəmə-hüquq islahatları müzakirə edilmişdir.
Ombudsman Pavel Kandraçla Ombudsmanın Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Konstitusiya Məhkəməsinə göndərdiyi sorğular ətrafında fikir mübadiləsi aparılmışdır.
Slovakiya Prezidenti İvan Qasparoviç nümayəndə heyətinin qəbulu zamanı Azərbaycan Respublikasının Prezidentinə dərin hörmət və ehtiramını bildirmişdir. O, iki dövlət arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə maraqlanaraq Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamışdır.